Fərdi uçot sistemində əlavə olaraq 146 mindən çox şəxs qeydiyyata alınıb
Tarix: 15.09.2017 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 146 329 nəfərə fərdi şəxsi hesab açılıb.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü (128 964 nəfər) ilə müqayisədə 13,5 faiz çoxdur.
 
Beləliklə, 01 sentyabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 309 118 nəfər) ilə müqayisədə 6,4 faiz artaraq 3 milyon 519 min 886 nəfərə çatıb.
 
Azərbaycanın sığorta-pensiya sisteminin vacib elementi olan fərdi uçot sistemi 2006-cı ildən fəaliyyət göstərir. İşləyən vətəndaşların fərdi uçot sistemi ilə əhatə olunması, sistemdə fərdi şəxsi hesaba malik olmaları onların əmək pensiyası hüquqlarının formalaşması üçün əsas rolunu oynayır.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial sığorta münasibətlərinin də elektron infrstruktur üzərində qurularaq şəffaflaşdırılması təmin edilib. “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” və s. e-xidmətlər vasitəsilə vətəndaşlar sosial sığorta münasibətləri üzrə bütün xidmətlərdən real vaxt rejimində, rahat və şəffaf şəraitdə istifadə edirlər.
 
Bununla yanaşı, nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti də əhalinin istifadəsindədir ki, bu e-xidmət hər bir işləyən vətəndaşa fərdi şəxsi hesabında toplanan pensiya kapitalı barədə istənilən vaxt məlumat öyrənməyə imkan verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir
11.10.2019
Bakıda Əfqanıstan məhsullarının sərgisi açılıb
10.10.2019
60 il sonra yazılan məktub, 90 illik fotoşəkil, bir ömür bitməyən həsrət...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info