Gəncədə gimnaziyanın açılışı olub
Tarix: 15.09.2017 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Gəncədə “Bilik Günü” münasibəti ilə “İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya”nın əsaslı təmirdən sonra açılışı olub.
 
Gəncə şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, açılış mərasimində Gəncə İH-nin başçısı Elmar Vəliyev, təhsil işçiləri, gimnaziyanın müəllimləri, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. “İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya”nın direktoru Şəlalə Arxaft bildirib ki, rəhbərlik etdiyi təhsil ocağı 1961-ci ildə istifadəyə verilib. 2016-cı ilədək Sanatoriya tipli internat məktəbi kimi fəaliyyət göstərib və təhsil nazirinin  28 iyul 2016-cı il tarixli 509  N-li əmri ilə “İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya” adlandırılıb.
 
Gimnaziya direktoru vurğulayıb ki, təhsil ocağında sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılıb. Bununla əlaqədar məktəbin yeni nizamnaməsi də təsdiq edilib. Şəlalə Arxaft bildirib ki, 250 şagird yerlik məktəbdə tədris Azərbaycan dilində aparılır. Təhsil ocağında işçilərin sayı ümumilikdə 59 nəfərdir, onlardan 34 nəfər pedaqoji heyətdir.
 
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Xanım İsmayılova, valideyn komitəsinin sədri Günel Kərimova yaradılan şəraitə görə ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 
Açılış mərasimində təhsil nazirliyinin nümayəndəsi Həbib Kərimov, millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə çıxışlarında yeni dərs ili və açılış münasibətilə kollektivi təbrik ediblər. Bildirilib ki, Gəncə şəhərində təhsilin inkişafı hər zaman diqqət mərkəzində olub. Gəncə şəhərində son illərdə məktəblərin tikintisi, əsaslı şəkildə yenidən qurulması və maddi texniki bazasının möhkəmləndirilməsi buna bariz nümunədir.
 
Təbrik nitqi ilə çıxış edən Gəncə İH başçısı Elmar Vəliyev “Bilik Günü” və gimnaziya binasının əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibəti ilə yığıncaq iştirakçılarına xoş arzularını çatdırıb. Gəncə şəhərində aparılan abadlıq və yenidənqurma işlərindən danışan Elmar Vəliyev qeyd edib ki, son illər ərzində Gəncədə 39 məktəbdə təmir işləri aparılıb. Bundan başqa, 6 peşə məktəbi əsaslı şəkildə yenidən qurulub. İH başçısı xüsusi vurğulayıb ki, şəhərdə baş verən inkişaf Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısının nəticəsidir.
 
Çıxışlardan sonra bina ilə tanışlıq olub. İH başçısına məlumat verilib ki, məktəbin tədris korpusu və yataqxanasında aparılan əsaslı təmir işləri nəticəsində dam örtüyü dəyişdirilib, iclas və idman zalları, 25 sinif otağı, 35 yataq otağı, şagirdlərin istifadəsi üçün yeməkxana əsaslı təmir olunub. 2 informatika, 2 laboratoriya (kimya, fizika) otağı müasir avadanlıqlarla təchiz edilib. Məktəbdə yeni istilik sistemi quraşdırılıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info