Naxçıvanda dövlət qurumlarına yeni avtomobillər təqdim olunub
Tarix: 15.09.2017 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə 2, Dövlət Arxiv İdarəsinə 1, Kəngərli Rayon Məhkəməsinə 1, İqtisadiyyat Nazirliyinə 1 və Ordubad Rayon Baytarlıq İdarəsinə 1 ədəd “NAZ-Lifan” markalı xidməti avtomobil təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, muxtar respublikada dövlət qurumlarının fəaliyyəti üçün lazımi şərait yaradılır, yeni inzibati binalar tikilərək istifadəyə verilir, onların maddi-texniki bazası möhkəmləndirilir. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltməkdir. Bu gün 5 dövlət qurumuna yerli istehsal olan “NAZ-Lifan” markalı xidməti avtomobillərin verilməsi də bu istiqamətdə görülən işlərin davamıdır. Yeni xidməti avtomobillər idarəetmədə işin keyfiyyətini daha da yüksəldəcək.
Qeyd edilib ki, Naxçıvan Avtomobil Zavodunun bu gün təqdim olunan “NAZ-Lifan-620” və “NAZ-Lifan X-60” modelləri yüksək keyfiyyəti və rahatlığı ilə seçilir. Bu da işin keyfiyyətinin artırılmasına öz töhfəsini verəcək. Buna görə də dövlət qurumlarının əməkdaşları avtomobillərin düzgün istismarına fikir verməli, onlara vaxtında lazımi texniki qulluq göstərməlidirlər.
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov yeni avtomobillərin dövlət qurumlarında xidmətin keyfiyyətini yüksəldəcəyini, idarəetmədə səmərəliliyi artıracağını vurğulayıb.
Kəngərli Rayon Məhkəməsinin hakimi Əhliman Xıdırov və Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info