İlham Əliyev: “Biz özümüzü mənfi və yad təsirlərdən qorumalıyıq”
Tarix: 15.09.2017 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


“Biz bu işləri ona görə görürük ki, uşaqlarımız, gənclərimiz savadlı, bilikli olsunlar”.
 
APA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə deyib.
 
Dövlət başçısının sözlərinə görə, çox yaxşı haldır ki, biz müstəqillik dövründə savadlılıq səviyyəsini yüksək həddə saxlaya bilmişik: “Bu gün savadlılıq 100 faiz səviyyəsindədir. Bu bizim üçün adi hal, bir çox ölkələr üçün əlçatmaz hədəfdir. Bu bizim böyük üstünlüyümüzdür, çünki savadlılıq əsasdır. Uşaqlarımız bilikli, savadlı olmalı, yaxşı oxumalıdırlar ki, gələcəkdə cəmiyyətdə layiqli yer tuta bilsinlər. Çünki bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Hər hansı insan gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, yaxşı oxumalıdır.
 
Yaxşı oxumaq üçün bütün şərait var. Mən əminəm ki, Azərbaycan uşaqları, yeniyetmələr, gənclər bu işə çox böyük məsuliyyətlə yanaşacaqlar. Hər bir ölkənin inkişafını ölkənin intellektual potensialı müəyyən edir. İnkişaf etmiş ölkələrin uğurlarına baxmaq kifayətdir. O ölkələrdə ki, innovasiyalar, texnologiyalar inkişaf edir, o ölkələr dünyada aparıcı mövqelərə malikdir. Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək. İqtisadi, hərbi və digər sahələrdə texnologiyaların nə qədər inkişaf etdiyini görürük. O texnologiyaların sahibləri bu gün dünyada da söz sahibidirlər. Ona görə də biz Azərbaycanda elmə, təhsilə, texnologi inkişafa əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun, Azərbaycan texnoloji inkişaf baxımından geri qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır, bu sahəyə, insan kapitalına investisiya qoyulur. Əminəm ki, Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək səviyyədə olacaq. Bu, həm inkişaf, həm də ölkəmizdə bu gün yaşanan sabitlik, əmin-amanlıq üçün lazımdır. Çünki savad olmayan yerdə kənardan mənfi təsirlər də özünü biruzə veririr”.
 
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan sərhədlərini, təhlükəsizliyini qoruyur: “Biz özümüzü yad təsirlərdən də qorumalıyıq. Çünki bu gün dünyada ideoloji sahədə mübarizə, müharibə gedir. Bu, sonrakı qanlı müharibələrin əsasını təşkil edir. İnsanların, xüsusən gənc nəslin beyinləri zəhərlənir, onlar müxtəlif xoşagəlməz addımlara təhrik olunur. Sonra da onlardan istifadə edilir ki, bəzi xarici dairələrin çirkin niyyətləri bu və ya digər ölkələrdə özünü göstərsin. Ona görə də biz özümüzü mənfi və yad təsirlərdən qorumalıyıq. Necə? Bunu siz, müəllimlər etməlisiniz ki, uşaqlar bilikli, savadlı olsunlar, heç bir kənar yad təsir uşaqlarımızın şüuruna təsir edə bilməsin. Eyni zamanda müəllimlər və valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, uşaqlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərləri hər şeydən üstün tutsunlar. Milli dəyərlərimizdə hər hansı sarsıntı yaşanarsa, bu, cəmiyyətimizin sütunlarını sarsıda bilər. Ona görə də mən hər zaman deyirəm ki, milli, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalı, milli ruhumuzu saxlamalıyıq. Çünki bu bizim gələcəyimiz üçün əsasdır".




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
“Naxçıvan kuboku – 95” beynəlxalq turniri başa çatıb
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info