Prezident: “Möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq”
Tarix: 15.09.2017 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


“Biz 25 ildir ki, müstəqil, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif qarayaxma, şər kampaniyaları aparılır. Aydındır ki, onların da məqsədi Azərbaycanı ləkələmək, öz iradəsinə ram etmək, ondan sonra da güclənən Azərbaycanın potensialından öz maraqları üçün istifadə etməkdir”.
 
APA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə bildirib: “Biz buna imkan vermirik, möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu, bizi yolumuzdan döndərə bilməz, biz haqq yolundayıq. Bugünkü Azərbaycan reallıqları, ölkəmizdə hökm sürən əmin-amanlıq, inkişaf, tərəqqi, vətəndaş həmrəyliyi bizim böyük dəyərimizdir. Bunu Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına əldə edib. Ölkəmizdə kifayət qədər güclü iradə var ki, kənardan bizə tuşlanan atəşlərdən xalqımızı qoruyaq. Gənclər, uşaqlar da bu ruhda, müstəqillik ruhunda böyüməlidirlər. Azərbaycan müstəqil ölkə kimi əbədi yaşamalı yaşamalıdır və bundan sonra da müstəqil siyasət aparmalıdır. Biz bunu aparırıq, aparacağıq, ancaq gələcək sizin əlinizdə olacaq. Ona görə də müəllimlər, valideynlər və uşaqların özləri də həmişə bu amili yadda saxlasınlar. Təhsil, vətənpərvərlik, milli dəyərlər, güclü Azərbaycan – bizim əsas prinsiplərimiz budur. Əminəm ki, belə gözəl məktəbdə mənim bütün tövsiyələrim əksini tapacaq”.




 
Bölməyə aid digər xəbərlər
04.09.2018
Tarixin və zamanın hökmü
22.07.2018
Heydər Əliyev: Jurnalistlərin ən yaxin dostu
15.07.2018
Keyn şokdadır...
28.06.2018
Messi mühasirədə
30.05.2018
Cənub Qaz Dəhlizi açıldı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info