İyirmi dörd ildən sonra Cocuq Mərcanlıda səslənən ilk məktəb zəngi
Tarix: 15.09.2017 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Göz önündə qurulub-çiçəklənən, hər gedişimizdə bir yenilik, inkişaf gördüyümüz Cocuq Mərcanlı kəndinin tarixində yeni bir səhifə açıldı. 24 illik yurd həsrətindən sonra doğma torpaqlarına, xarabalıq üzərində yenidən qurulan yurd-yuvalarına qovuşmuş Cocuq Mərcanlı sakinləri daha bir bayram sevinci yaşayır: kənddə 24 ildən sonra yenidən məktəb zəngi səslənib. 
Adamlar bir səmtə - doğma qəsəbələrində inşa edilən məktəbdə uzun illərdən sonra Bilik gününü bayram etməyə tələsirdilər. Qəsəbə sakini İsmayıl Haqverdiyev bu günün nəinki cocuq mərcanlılılar, eləcə də bütün Azərbaycan xalqı üçün əlamətdar olduğunu deyib: “Kəndimiz işğal olunanda düşmən yurd-yuvamızı, o cümlədən məktəbimizi viran qoymuşdu. Doğrudur, ötən 24 ildə heç kim təhsildən kənarda qalmadı. Hər kəs məskunlaşdığı yerdə oxudu, təhsil aldı. Ancaq insanın doğma yurdu başqadır. Bu gün kəndimizin ziya ocağı yenidən fəaliyyətə başlayır”. O, məktəbi göstərərək deyir: “Baxın, nə qədər adam toplaşıb. Bu gün hər birimiz üçün bayramdır. Axı, bu da bir qayıdışdır – təhsilimizə, gələcəyimizə qayıdış”.
Bayraqlarla, əlvan şarlar, gül-çiçəklərlə bəzədilmiş həyətdə qələbəlik vardı. Qəsəbə sakinləri, qonaqlar, müəllimlər, səliqəli geyimləri ilə diqqət çəkən şagirdlər. Hər kəsin çöhrəsində həyəcan qarışıq bir sevinc vardı. Xüsusən də ilk dəfə məktəbə gedəcək birincilərin və onların valideynlərinin.
Məktəbin direktoru Zamin Həziyev sıra ilə dayanmış şagirdləri göstərib fərəhlə deyir: “Hələlik 60-a yaxın şagirdimiz var. Tezliklə yeni evlərin də inşası başa çatacaq. O zaman şagird əlindən tərpənə bilməyəcəyik”. Direktor müəllim heyətini təqdim edərək bildirib ki, şagirdlərin təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olacaq. Müəllimlərdən biri Siyasət müəllimədir. “Axır ki, çoxdan gözlədiyim gün gəlib çatdı. Bu gün mən ilk dəfə qəsəbəmizin uşaqlarının qarşısında fəxrlə “Uşaqlar mən sizin müəlliminizəm, doğma məktəbinizə xoş gəlmisiniz” deyəcəyəm. Bundan da böyük səadət olarmı”, - deyə Siyasət müəllimə sevincini belə ifadə edib.
Sonra direktor ilk pedaqoji fəaliyyətinə Cocuq Mərcanlı məktəbində başlayacaq gənc müəllimləri təqdim edib. Onlardan biri də riyaziyyat müəlliməsi Leyla Maqsudovadır. O deyir: “Bu gün bizim üçün, sözün əsl mənasında, tarixi gündür. Həm sevib-seçdiyimiz müəllimlik fəaliyyətinə başlayırıq, həm də Cocuq Mərcanlının yeni tarixinin şərəfli səhifələrini birgə yazırıq. Sevincimiz hədsizdir. Gənc müəllim kimi bizə və Cocuq Mərcanlı sakinlərinə bu sevinci yaşadan Prezidentimizə minnətdarlığımı bildirirəm”.
Beləliklə, düşmən əlindən qurtulmuş Cocuq Mərcanlının işıqlı gələcəyindən soraq verən bu bilik ocağında ilk zəng səsləndi. Əllərində gül-çiçək tutmuş məktəblilər və müəllimlər siniflərə daxil oldular. İnanırıq ki, zamanın ağır sınaqlarını geridə qoymuş Cocuq Mərcanlı uşaqlarını öz qoynuna alan bu məktəbdə çiçəklənən Azərbaycan üçün bilikli və layiqli vətəndaşlar yetişdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info