Sloveniya basketbol üzrə Avropa çempionatının finalında
Tarix: 15.09.2017 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Basketbol üzrə 40-cı Avropa çempionatının ilk finalçısı Sloveniya millisi olub. İstanbuldakı Sinan Erdem arenasında keçirilən yarımfinal mərhələsinin ilk oyununda İspaniya yığmasını 92:72 hesabı ilə məğlubiyyətə uğradan Sloveniya milli komandası adını finala yazdırıb. İspaniyalılar ilk periodda 19:25 hesabı ilə məğlub olsalar da, ikinci periodda çətinliklə də olsa qalib gələ biliblər – 26:24. Bundan sonra oyunda üstünlüyü tamamilə ələ alan Sloveniya yığma komandası üçüncü və dördüncü periodları 24:12 və 19:15 hesabı ilə üstün başa vurub. Oyunda Sloveniya millisinin heyətində Luka Donçiç 11 xal və 12 ribaund, ispaniyalı basketbolçulardan isə Mark Qasol 12 xal və 10 ribaund ilə matçın ən yaxşı oyunçuları olublar. Bu qələbə sayəsində finala yüksələn Sloveniya yığma komandası həlledici görüşdə Rusiya-Serbiya qarşılaşmasının qalibi ilə üzləşəcək. “Eurobasket 2017”də üçüncü yer uğrunda görüş və final matçı sentyabrın 17-də keçiriləcək. Dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatında dörd qrupda 24 komanda mübarizəyə qoşulmuşdu.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info