Almaniya xarici siyasətini dəyişirmi?
Tarix: 15.09.2017 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri və vitse-kansler Ziqmar Qabrielin açıqlamaları Berlinin üzünü ABŞ-dan Kremlə tərəf çevirmək istəyinə işarədir

“Rusiyaya sanksiyalar mərhələ-mərhələ ləğv edilməlidir. Almaniya ÜDM-in 2 faizini hərbi xərclərə ayırmamalıdır”

Almaniya mətbuatında xarici işlər naziri və vitse-kansler Ziqmar Qabriellə bağlı maraqlı yazılar yayılıb. Həmin yazılarda nazir “Rusiyanın adamı” kimi təqdim edilir. “Handelsblatt” nəşri yazır ki, Ziqmar Qabrielin Rusiyaya tətbiq edilən sanksiyaların mərhələli şəkildə ləğv edilməsinin vacib olması ilə bağlı bəyanatının arxasında başqa məqamlar dayanır. Nazir eyni zamanda qeyd edib ki, Rusiya-ABŞ münasibətlərindəki gərginliyə baxmayaraq Qərb Moskva ilə münasibətlərini qaydaya salmalıdır. Nazir “Handelsblatt” nəşri tərəfindən təşkil edilən konfransda çıxışı zamanı səsləndirdiyi bəyanatlarla bir anda bütün diqqətləri öz üzərinə çəkib. Nazir Almaniyanın dünyadakı yeri ilə bağlı çıxışında bildirib ki, Rusiya ilə bağlı yeni siyasət həyata keçirilməlidir. Ukraynada tam sülhə nail olduqdan sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar tədricən ləğv edilməlidir. Nair bildirib ki, Rusiyaya sanksiyalar mərhələ-mərhələ tətbiq olunduğu üçün elə ləğvetməyə də mərhələli şəkildə start vermək vacibdir. Buradakı şərt Donbasda sülhə nail olmaqdır. Alman siyasi elitası və mətbuatını qıcıqlandıran nazirin sanksiyaların ləğvi ilə bağlı tezisi yox, onun “Putinin Trampdan üzünü çevirərək Avropaya baxdığı andan istifadə etmək”lə bağlı fikridir. Alman mediası və Amerikayönümlü siyasilər Rusiya ilə münasibətləri normallaşdırmağın əvəzi kimi sanksiyaların ləğvini qəbul etmək istəmir. Vitse-kansleri diqqət və müzakirə mərkəzinə gətirən təkcə Rusiyaya tətbiq edilən sanksiyaların ləğvinə çağırış deyil. Məsələ ondadır ki, Ziqmar Qabriel bəyan edib ki, Almaniya ÜDM-in 2 faizini hərbi xərclərə ayırmamalıdır. Xatırladaq ki, bu tələb ABŞ dövlət başçısı Tramp tərəfindən səsləndirilib. Almaniyanın xarici işlər naziri isə Trampın təklifinin əleyhinə çıxaraq ölkəsinin Pentaqon və NATO büdcəsinə əlavə ödəniş etmək istəmədiyini bildirir. Amerikalılar belə açıq çağırışı bağışlamırlar. Artıq Amerikayönümlü siyasilər və media orqanları Ziqmar Qabrielə qarşı kampaniyaya start veriblər. Onu “Rusiyanın adamı”, “Putinin adamı” kimi təqdim etməyə başlamaları da bu kampaniyanın tərkib hissəsidir. Yaxın zamanlarda onun saxtakarlıqda ittiham edilməsi ilə bağlı sənədlərin ortaya çıxmasına kimsə təəccüb etməyəcək. “Alman dalğası”nın təşkil etdiyi konfransda Sosial-demokrat partiyasının təmsilçisinə nazirin məlum açıqlamaları ilə bağlı sual ünvanlanıb. Onun cavabı qısa olub: “Rusiyaya qarşı tətbiq edilən sanksiyaların uğurlu olmasına inanan kimisə tapmaq mümkün deyil”. Deməli, alman siyasi dairələrində xarici işlər naziri ilə eyni fikirdə olanlar çoxdur. Bəlkə də bir çoxu bunu açıq şəkildə ifadə etməyə çəkinir. Alman mediasında bəzi yazarlar açıq şəkildə qeyd edirlər ki, məlum sanksiyaların Avropaya heç bir xeyri dəyməyib. Əksinə Avropa dövlətləri, əsasən də Almaniya Rusiyaya tətbiq edilən sanksiyalardan çox əziyyət çəkir. Belə davam edərsə, Rusiyaya ilə münasibətləri normallaşdırmaq istəyən siyasilərin, partiyaların və qitə dövlətlərinin sayı artacaq. Amerikanın özündə də sanksiyalarla bağlı vahid fikir yoxdur. “Bloomberg” bu yaxınlarda məsələ ilə bağlı xəbərdarlıq edib: “Rusiyaya tətbiq edilən sanksiyalar ABŞ və Avropanın maraqlarına zərbə vurur. Rusiyanın sanksiyalara dözmək üçün kifayət qədər enerji və təbii ehtiyatları var. Yeganə çatışmazlıq texnologiya ilə bağlıdır. Sanksiyalar Rusiyanı məcbur edir ki, texnologiya sahəsində inkişafla bağlı addımlar atsın və bununla da Qərbdən olan yeganə asılılıq da aradan qalxacaq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info