Türkiyə Aİ ilə sammit keçirmək niyyətindədir
Tarix: 15.09.2017 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Ankara Avropa İttifaqına üzvlük məsələsində irəliləyişə nail olmaq və ikitərəfli münasibətlərin möhkəmləndirmək məqsədilə Aİ-yə sammit keçirməyi təklif edib. “Röyters”in xəbərinə görə, bu barədə Türkiyənin Aİ məsələləri üzrə naziri Ömər Çelik bildirib. “Türkiyə Aİ-nin tamhüquqlu üzvü olmaq məqsədindən imtina etməyib, biz irəliləmək üçün addımlar atmağa hazırıq”, - deyə Çelik qeyd edib. Nazir qeyd edib ki, Aİ ölkələrində Türkiyənin bloka üzv olması məsələsində fərqli mövqelər mövcuddur. Onun sözlərinə görə, Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohanes Xan Ankaranın ittifaqa üzv seçilməsinə fəal şəkildə əngəllər törətməkdə davam edir. “Merkel və digər avropalı siyasətçilər Ankaranı çox məyus etdilər, belə ki, tarixinin ən ağır məqamlarından birində dostlar və müttəfiqlər Türkiyəni tək qoydu . Aİ-də ciddi problemlər yaşanmaqdadır – Böyük Britaniyanın blokdan çıxmasının hansı fəsadlarla nəticələnəcəyini bilmirik, onlar qanunsuz miqrasiya problemini həll edə bilmirlər, terrorla mübarizə sahəsində çoxlu boşluqlar mövcuddur, islahatların aparılmasına çox ciddi ehtiyac var. Onlar isə bunları kənara qoyaraq, mühüm daxili problemlərini pərdələmək üçün Türkiyə ilə antaqonizm yaradırlar”, - deyə nazir əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Qolos Armenii”: “Paşinyanın komandası ona saxta rəqəmlər verir”
16.09.2019
İran və Türkiyə liderlərinin görüşü iki saatdan artıq davam edib
16.09.2019
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad olunub
16.09.2019
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub
15.09.2019
Özbəkistan da Türk Keneşinə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info