“Sərkisyan cinayətkardır və onun yeri islah əmək düşərgəsidir”
Tarix: 15.09.2017 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Ermənistanda fəaliyyət göstərən “Erkir Tsirani” partiyasının sədri Zarui Postancanyan İrəvanda keçirdiyi mətbuat konfransinda prezident Serj Sərkisyanı cinayətkar adlandırıb. Ermənistan mətbuatı bildirir ki, 2018-ci ildə gözlənilən siyasi dəyişikliklərdən danışan siyasətçi xanımın fikrincə, gələn il S.Sərkisyan ölkənin baş naziri olmamalıdır. Partiya sədrinin sözlərinə görə, S.Sərkisyanın yeri baş nazir kürsüsü deyil, müttəhimlər kürsüsüdür. Onun əsl yeri islah əmək düşərgəsidir. S.Sarkisyan oğru və canidir. Ölkəni talayıb xaricə daşıdığı pulları ətrafındakı adamlarla bölüşdürür. Erməni siyasətçisinin fikrincə, məhz S.Sərkisyanın siyasi addımları nəticəsində ötən ilin aprel ayında Ermənistan ağır məğlubiyyətə düçar olub. Zarui Postancanyan nəzərə çatdırıb ki, S.Sərkisyanın bütün cinayətlərini sübuta yetirən faktlar sənədlər əsasında toplanıb və yaxın vaxtlarda mətbuata təqdim ediləcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info