Koreya yarımadasında müharibə riski: KXDR yenə raket sınağı keçirdi
Tarix: 15.09.2017 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


“Baş verə biləcək hər hansı bir toqquşma qlobal beynəlxalq təhlükəsizlik sistemini zərbə altında qoyacaq”

Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən buraxılan növbəti ballistik raket Yaponiyanın Hokkaydo adası üzərindən keçərək Sakit okean istiqamətində uçub. Bu barədə Yaponiya hökuməti J-Alert fövqəladə xəbərdarlıq sistemi vasitəsilə məlumat yayıb. Raketin buraxılışı ilə əlaqədar Yaponiyanın şimal-şərq ərazisinin sakinlərinə möhkəm binalarda və zirzəmilərdə qorunmaq tövsiyə edilib. Raketin Hokkaydo adası yaxınlığındakı Erime burnundan 2 min kilometr şərqdə düşdüyü bildirilir. Bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa təcili çağırılan mətbuat konfransında məlumat verib. Baş katib əlavə edib ki, KXDR-in buraxdığı raket nəticəsində Yaponiya ərazisinə hər hansı obyektin düşməsi və dəniz nəqliyyatına zərər dəyməsi barədə məlumat yoxdur. Həmçinin raketin təyyarələrin uçuşuna zərər vurmadığı bildirilir. Bununla yanaşı, bir sıra dəmir yolu şirkətləri ölkənin şərq və şimal-şərq rayonlarında sürətli qatarların hərəkətini müvəqqəti dayandırıblar. Cənubi Koreya hərbçilərinin verdiyi məlumata görə, raketin buraxılışı Pxenyan yaxınlığından həyata keçirilib. Bu, KXDR tərəfindən Yaponiya istiqamətində buraxılan altıncı raketdir. Yerli telekanalların Yaponiyanın Em-Net fövqəladə xəbərdarlıq sisteminə istinadla yaydığı məlumata görə, raket yerli vaxtla səhər saat 6:57 dəqiqədə buraxılıb. Yeddi dəqiqədən sonra o, Yaponiya ərazisinə daxil olub və iki dəqiqədən sonra buranı tərk edib. Raketin yerli vaxtla 7:16 dəqiqədə suya düşdüyü bildirilir. Yaponiyanın Baş naziri Şinzo Abe BMT-ni Şimali Koreyaya qarşı sanksiyaların tam icrasına çağırıb. Şinzo Abe Şimali Koreya tərəfindən növbəti raket sınağına münasibət bildirərkən deyib: “Bu ölkə beynəlxalq ictimaiyyətin problemin sülh yolu ilə həllinə inamını sarsıdıb və Yaponiya bu hərəkətlərə biganə qala bilməz”. Baş nazir qeyd edib ki, o, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını xahiş edəcək. Ş.Abe, həmçinin deyib ki, beynəlxalq ictimaiyyət birləşərək Şimali Koreyanın təxribatlarını pisləyən münasibət ortaya qoymalıdır. Avstraliyanın Baş naziri Malkolm Ternbul isə Şimali Koreyanın son ballistik raket sınağını pisləyərək bunu “düşüncəsiz və təhlükəli addım” adlandırıb. Mətbuat konfransında çıxış edən M.Ternbul beynəlxalq ictimaiyyətin Şimali Koreyaya qarşı iqtisadi təzyiqləri artırmasının zəruriliyini vurğulayıb. Baş nazir deyib ki, Çin Şimali Koreya üzərində ən böyük iqtisadi təsir imkanlarına malikdir. Pekin Şimali Koreyaya qarşı sanksiyaları bu ölkə siyasi xəttini dəyişdirənədək davam etdirməli və kəskinləşdirməlidir. Şimali Koreyanın mərkəzi partiya qəzeti olan “Nodon sinmun” nəşri yazır ki, ABŞ düşmənçiliyi davam etdirəcəyi təqdirdə, heç bir xarici təzyiq Pxenyanı nüvə və balistik raketlər sınaqlarını davam etdirməkdən döndərə bilməyəcək. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Cənub-Şərqi Asiya, Avstraliya və Okeaniya mərkəzinin rəhbəri Dmitriy Mosyakov bildirib ki, Koreya yarımadasında baş verə biləcək hər hansı bir toqquşma qlobal beynəlxalq təhlükəsizlik sistemini zərbə altında qoyacaq: “Məhz buna görə də, Şimali Koreya problemi yalnız danışıqlar yolu ilə həll edilməlidir”. Rusiyalı ekspekrtin fikrincə, KXDR lideri Kim Çen In raket sınaqlarının Koreya yarımadasında hərbi əməliyyatların başlanmasına səbəb ola biləcəyini anlasa da, buna inanmaq istəmir: “Belə ki, Çin raket sınaqlarını pisləyən bəyanatla çıxış etsə də, bildiri ki, Şimali Koreyaya qarşı hər hansı hücum olsacağı təqdirdə, Pekinin də münaqişəyə müdaxilə edəcək. Ona görə də Şimali Koreya lideri ABŞ tərəfindən hər hansı hücuma məruz qalacağı təqdirdə tək olmayacağını anlayır”. Mosyakov “RİA Novosti” saytına verdiyi açıqlamada bildirib ki, Koreya yarımadasında müharibə baş verərsə, bu, bütün beynəlxalq münasibətlər sisteminin məğlubiyyəti olacaq: “Bu dünyanı dəyişə biləcək dəhşətli bir fəlakətlə sonunclanacaq. KXDR-nin nüvə müharibəsinə başlaması və Çinin bu münaqişəyə müdaxiləsinin dünya üçün nəticələrini təsəvvür etmək çətindir”. Rusiyalı alim vəziyyətin həlli yolu kimi, danışıqlar getməyi görür: «Burada ən optimal seçim kompromisə getməkdir. Xüsusilə də Rusiya və Çin tərəfindən təklif olunan “ikiqat dondurulma” sxemi ən real variantdır”. Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya ilə Çin Pxenyanın raket və nüvə sınalarını dayandırılması müqabilində, Koreya yarımadasında ABŞ və onun müttəfiqlərinin təlimləri dayandırmasını- “ikiqat dondurulma” variantını təklif etmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info