“Etihad Airways” şirkəti 2018-ci ildən Azərbaycana uçuşlara başlayacaq
Tarix: 15.09.2017 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Son 2 il ərzində BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 30 dəfə artıb

İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Mohamed Hamel Alqubaisi ilə görüşüb. Nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradır. Qeyd olunub ki, ölkəmiz BƏƏ ilə iqtisadi əməkdaşlığın genişlənməsinə önəm verir. Artıq BƏƏ-də Azərbaycanın ticarət nümayəndəsi təyin olunub. Azərbaycan məhsullarının BƏƏ-də təbliği məqsədilə bu ölkəyə iş adamlarından ibarət ixrac missiyası göndərilib, Dubayda keçirilən “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində nümayiş olunan Azərbaycan məhsullarına iş adamları tərəfindən böyük maraq göstərilib və yerli məhsullarımızın xarici bazarlara çıxarılmasına başlanılıb. Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, İKT, enerji, ticarət, investisiya qoyuluşu, təhsil və s. sahələrdə əlaqələr uğurla davam edir. Son 2 il ərzində BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 30 dəfə artıb. Görüşdə nazir Şahin Mustafayev əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb, mövcud imkanlardan səmərəli istifadə etməklə müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanlarını vurğulayıb. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi Azərbaycanla əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Səfir BƏƏ-nin “Etihad Airways” şirkətinın 2018-ci ildən Azərbaycana uçuşlara başlayacağını və bunun əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycan məhsullarının BƏƏ-yə ixracının genişləndirilməsi, maliyyə, təhsil, sənaye parkları və zonalarına investisiya qoyuluşu sahəsində əməkdaşlıq, Abu-Dabidə keçirilməsi nəzərdə tutulan investisiya forumunun təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info