Fransız-Azərbaycan Universitetinin yeni tədris binasının açılışı olub
Tarix: 15.09.2017 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Bakıda Fransız-Azərbaycan Universitetinin (UFAZ) yeni tədris binasının açılış mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə binada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, 2017/2018-ci tədris ili ərzində kimya, geofizika, kompüter, neft-qaz mühəndisliyi ixtisasları üzrə bakalavriat proqramı əsasında UFAZ 283 tələbəyə (onlardan 240-ı dövlət təqaüdü alacaq) təhsil vermək niyyətindədir. Tədbirdə çıxış edən Mikayıl Cabbarov bildirib ki, bu gün Azərbaycan ilə Fransa arasında əməkdaşlıq üçün əlamətdar günlərdən biridir. UFAZ-ın yaranma tarixindən danışan nazir vurğulayıb ki, bu ali təhsil ocağı 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaranıb. Yeni tədris ilində azərbaycanlı tələbələrin uğur qazanacaqlarına ümid bəslədiyini deyən Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan bildirib ki, UFAZ universitet sahəsində göstərilən səylərin, eyni zamanda, siyasi iradənin böyük bir nəticəsidir: “UFAZ-ın yaradılmasında öz seçimini Fransadan etdiyi üçün Azərbaycana təşəkkür edirik”. Sonda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransanın Strasburq Universiteti və Kimya Tədqiqatlar Fondu arasında UFAZ Fondunun yaradılması barədə müqavilə imzalanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info