: “Peşə təhsili müəssisələrinin şagirdlərinə əmək haqqı vermək nəzərdə tutulur”
Tarix: 15.09.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


“Peşə məktəblərində oxuyan şagirdlərin fəaliyyəti stimullaşdırılacaq. Bu, peşə təhsilinə olan marağı daha da artıracaq”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli deyib. O bildirib ki, hazırda dövlət peşə məktəblərində təhsil alan şagirdlərə təqaüd verilir. Bu işi stimullaşdırmaq üçün peşə təhsili müəssisələrinin şagirdlərinə istehsalat təcrübəsi keçərkən gördüyü işin müqabilində əlavə əmək haqqı vermək nəzərdə tutulur. Bu məsələlərin yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsində öz əksini tapdığını deyən İ.Həbibbəyli qeyd edib ki, qanun layihəsi yaz sessiyasından etibarən hazırlanmağa başlanıb. Layihə hazırlanarkən xarici ölkələrin təcrübəsi öyrənilib, əmək bazarının tələbatı öyrənilib, ölkənin reallıqları nəzərə alınıb. Qanun layihəsinin ilkin variantının artıq hazır olduğunu deyən İ.Həbibbəyli sənədin bu yaxınlarda komitədə müzakirəyə çıxarılacağını söyləyib: “Çalışacağıq ki, “Peşə təhsili haqqında” qanun layihəsi payız sessiyasının plenar iclasına tövsiyə olunsun”.
Komitə sədri qeyd edib ki, qanun layihəsində peşə təhsili müəssisələrinin 2 istiqamətdə inkişaf etdirilməsi məqsədəuyğun hesab edilib: “Bunun biri dövlət peşə təhsil sistemidir. Bu istiqamətdə ölkədə müəyyən ənənə var və bu sahə sürətlə inkişaf edir. Amma peşə təhsilinə olan marağın artması, hətta peşə məktəblərinin bəzilərində rəqabət mühitinin yaranması göstərdi ki, özəl peşə məktəblərinin də fəaliyyət göstərməsi məqsədəuyğun olar. Qanun layihəsində dövlət peşə məktəbləri ilə yanaşı, özəl peşə təhsili müəssisələrinin yaradılmasını zəruri hesab etdik. Dövlət peşə məktəbləri kimi özəl peşə məktəblərinin də funksiyalarının müəyyən olunması, onun fəaliyyətinin hüquqi baxımdan tənzimlənməsi məsələləri qanun layihəsində öz əksini tapıb. O cümlədən, lisenziyalaşdırma, onun idarəolunmasının prinsipləri, təsisçi ilə bağlı məsələlər də qanun layihəsində qeyd edilib”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir
11.10.2019
Bakıda Əfqanıstan məhsullarının sərgisi açılıb
10.10.2019
60 il sonra yazılan məktub, 90 illik fotoşəkil, bir ömür bitməyən həsrət...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info