Gədəbəy rayonunda TUMİB Şuranın dəstəyi ilə konfrans keçirib
Tarix: 16.09.2017 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


 Gədəbəy rayonu Aşıq məktəbində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İslam sivilzasiyasının, dövlət-din münasibətlərinin Azəraycan modelinin region gəncləri arasında təbliği” adlı tədbir keçirilmişdir. Tədbirdə Gədəbəy RİH başçısının müavini Vüsal Musayev,  “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə və rayonun gənc fəalları iştirak etmişdir.
Konfrans işirakçıları tədbirə ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsini anmaqla başlayıb.
Gədəbəy RİH başçısının müavini Vüsal Musayev çıxışında deyib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün əsrlər boyu dinlər və sivilizasiyalar arasında aparıcı rol oynayıb. V.Musayev analoji tədbirlərin keçirilməsinə bundan sonra da dəstək verməyə hazır olduqlarını vurğulayıb. Başçının müavini qeyd edib ki, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında təhsil müəssisələri ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə konfransın məqsədi barədə məlumat verib. TUMİB sədri qeyd edib ki, əsas məqsəd 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını rəhbər tutaraq, İslam sivilizasiyasını, dövlət-din münasibətlərinin Azəraycan modelinin region gəncləri arasında təbliğ etmək, gənclərimizi yad ideologiyaların təsirindən qorumaq, bölgələrimizdə ideoloji maarifçilik işini gücləndirməkdir.
TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə deyib ki, dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycanda həmişə xüsusi həssaslıqla yanaşılıb. Natiq ölkəmizdə hakim olan sağlam mənəvi mühitin qorunub-saxlanılmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildirib.
Tədbirdə digər çıxış edən natiqlər qeyd ediblər ki, İslamın sülh, sevgi, dostluq dini olduğunu, hazırda Azərbaycanda mövcud olan model digər İslam cəmiyyətləri üçün parlaq nümunə olduğunu bildiriblər.

 




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info