Özbək gənclər Azərbaycanda səfərdədirlər
Tarix: 18.09.2017 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Azərbaycan səfirliyinin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsinə yekun vurulub.
Azərbaycan Respublikasında 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması haqqında Prezident İlham Əliyevin 11 yanvar 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş müvafiq Tədbirlər Planında islam ölkələri arasında “Mən Azərbaycan haqqında nə bilirəm” adlı müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Bununla əlaqədar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin layihəsi ilə İslam ölkələrinin gəncləri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsinin qaliblərinin Azərbaycana səfəri reallaşdırılır.
Özbəkistanda keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse müsabiqəsində ölkənin Daşkənd və Səmərqənd şəhərindən 5 gənc ölkəmizin tarixi, dövlətçiliyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti, milli mədəniyyətimiz, Azərbaycanın beynəlxalq aləmdə rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, neft və qaz strategiyası, Azərbaycan qədim mənbələrdə və s. mövzuları özündə əks etdirən esselər yazaraq Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim ediblər.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə qaliblər sırasına Səmərqənd Dövlət Universitetindəki Gənclər Təşkilatının sədri Khusen Tukhtaev, Daşkənd Kimya Texnologiyaları Universitetinin tələbəsi İbrokhim Kosimkujaev, Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin tələbəsi Tatyana Abbasova, Səmərqənd Dövlət Universitetinin məzunu Yusif Cəfərov, Daşkənd şəhər Humanitar kollecinin tələbəsi Sitara İslomova daxildir.
Cari il 15-22 sentyabr tarixlərində gənclər Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, İçərişəhər Dövlət Tarix Qoruğu, Atəşgah məbədi, dünyada ən qədim insan yaşayış məskənlərindən olan Qobustan Dövlət Qoruğu, Qala Etnoqrafiya Muzeyi, Azərbaycan Dövlət Tarix Muzeyini ziyarət edəcəklər.
Özbəkistanla yanaşı, Albaniya, Bosniya-Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyədən olan iştirakçılar Azərbaycan Diplomatik Akademiyasının fəaliyyəti ilə tanış olacaq, Heydər Əliyev Mərkəzi və Xalça Muzeyini də ziyarət edəcəklər.
Ölkəmizin paytaxtı ilə yanaşı turizm regionlarına səfər proqrama daxil edilib. Belə ki, səfər müddətində gənclər İsmayıllı rayonu və onun qədim Lahıc kəndində, Qəbələ rayonu və Şəki şəhərlərində olaraq buranın tarixi və turizm məkanlarını ziyarət edəcəklər.
Yekunda isə Bakı şəhərində təşkil olunacaq tədbirdə ayrılacaq stendlərdə islam ölkələrini təmsil edən gənclər öz ölkələrinin mədəniyyətlərini, adət və ənənələrini özündə, mətbəxini əks etdirən xüsusi guşə yaradacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info