“Marafonun əsas ideyası bəşəri yüksəlişə çağırışdır”
Tarix: 18.09.2017 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Peşəkar idmançıyam və uzun illərdir uzaq məsafəyə qaçışla məşğulam. Həm ölkəmdə, həm də bir çox xarici dövlətlərdə iştirak etdiyim çoxsaylı marafon yarışlarının qalibiyəm. Azərbaycanda keçirilən marafonda isə ilk dəfədir ki, iştirak edirdim. “Gəncə Marafonu 2017”də ikinci yerə çıxsam da təəssüflənmədim.
Bu sözləri “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən “Gəncə Marafonu-2017”nin kişilər arasında ikinci yerin sahibi İran vətəndaşı Mohammed Cəfər Muradi deyib.
M.C.Muradi deyib: “İdmançılar arasında ilk yerlər uğrunda rəqabət olsa da, bu marafonun əsas ideyası həmrəyliyə, dostluğa və qardaşlığa çağırış idi. Hətta məndən sonra gələn bir neçə idmançı əl-ələ tutub finiş xəttini birgə keçdilər. Bu cür yarışlarda qalibiyyət rəmzi, ideyalar isə daimidir. Çünki, marafonun əsas ideyası bəşəri yüksəlişə çağırışdır”.
Marfonun keçirildiyi şəhər və təşkilatçılar haqqında isə idmançı fikrini bu cür ifadə edib: “Yarışa ev sahibliyi edən Gəncə şəhəri gözəl, insanları isə mehriban, gülərüz və şəndirlər. Onlar ayrı-ayrı ölkələri təmsil edən qaliblər arasında heç bir fərq qoymadan, hər kəsi eyni cür coşqu ilə alqışladılar. Qalib olmadan belə, yalnız yüksək səviyyəli təşkilatçılığa görə bu cür yarışda iştirak etmək hər bir idmançı üçün fəxrdir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info