Azərbaycanlı professor Forumda iştirak edəcək
Tarix: 18.09.2017 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı sentyabrın 21-23-də Vyetnamın Vung Tau şəhərində Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş 2-ci Azərbaycan-Vyetnam Dostluq Forumunun işində iştirak edəcək.
Universitetdən redaksiyamıza bildirilib ki, Azərbaycan-Vyetnam Dostluq Forumunun keçirilməsi təşəbbüsü Azərbaycan Respublikası prezidenti İlham Əliyevə məxsusdur. Belə ki, 2014-cü ildə Vyetnama dövlət səfəri zamanı prezident İlham Əliyev Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə görüşdə Azərbaycan-Vyetnam Dostluq Forumunun Bakıda keçirilməsi ilə bağlı AR Təhsil Nazirliyinə və Azərbaycanın Vyetnamdakı Səfirliyinə tapşırıq vermişdir. Bunun əsasında, 1-ci Azərbaycan-Vyetnam Dosluq Forumu 7 may 2015-ci il tarixində müvəffəqiyyətlə keçirilmişdir.
2-ci Forum zamanı vyetnamlı mütəxəssislərin yetişməsində müstəsna rolu olmuş Azərbaycanın üç ali təhsi ocağının, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Vyetnamın Dostluq medalı ilə təltif olunması nəzərdə tutulur.
Dostluq medalı Vyetnamın digər ölkələrlə dostluq əlaqələrinin qurulmasında böyük rol oynamış şəxslərə və təşkilatlara Vyetnam prezidenti tərəfindən verilir. Təltif olunma ilə bağlı hazırda müvafiq prosedurlar həyata keçirilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
“Naxçıvan kuboku – 95” beynəlxalq turniri başa çatıb
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info