Heydər Əliyev adına neft emalı zavodunda təmir işləri aparılıb
Tarix: 18.09.2017 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Hеydər Əliyеv аdınа neft emalı zavodunun (NEZ) əsаs tехnоlоji qurğulаrındа - 55 nömrəli katalitik krekinq, 21 nömrəli ilkin еmаl, 43 nömrəli kokslaşdırma və 31 nömrəli katalitik riforminq qurğulаrında qrafikə uyğun olaraq illik təmir işləri aparılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin еmаl qurğusunun bir çox hissələri təmir edilib və ya yenisi ilə əvəzlənib, 2 ədəd nasos quraşdırılıb. Hazırda qurğu 650 kubmetr/saat məhsuldarlıqla istismar olunur və texniki göstəricilər tələb olunan normalara uyğundur.
Katalitik krekinq qurğusunda korroziyaya uğrayan hissələr dəyişdirilib. Xüsusi əhəmiyyəti nəzərə alınaraq, 100-cü bölmədən su kondensatın təmizlənməsi bölməsinə qədər yeni kondensat xətti quraşdırılıb, hidrotəmizləmə bölməsində modernləşdirmə işləri aparılıb.
Katalitik riforminq qurğusunda isə istismara yararsız hissələr təzələnib, qurğunun hidrotəmizləmə bölməsi yoxlanılıb. Bölmə üçün 2,5 ton yeni katalizator əlavə olunub ki, bu da alınan yanacağın keyfiyyət göstəricilərinə müsbət təsir göstərəcək.
Kokslaşdırma qurğusunda da cari təmir işləri görülüb, xüsusilə buxarın alınması qazanında sferik hissə dəyişdirilib.
Qeyd edək ki, buxar qazanı reaktorlar bölməsindəki siyirtmələrin gövdəsinə buxarın verilməsini təmin edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
Monqolustan Azərbaycan peykinin imkanlarından istifadə edə bilər - YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”
24.09.2018
Əli Əhmədov: “Kənd təsərrüfatı ixrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info