Cərimələri ödəməyən sürücülərə qarşı reyd keçirilir
Tarix: 18.09.2017 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin müvafiq tapşırığına əsasən, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, barələrində tərtib olunmuş elektron protokollar üzrə təyin edilən cərimələri vaxtında ödəməyən, kobud qayda pozuntularına yol verən, avtomobilləri sərxoş vəziyyətdə idarə edən sürücülərin müəyyən edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Reyd zamanı saxlanılan sürücülərin ödənilməyən cərimələrinin olub-olmaması patrul avtomobillərində olan xüsusi bort kompüterlər vasitəsilə yoxlanılıb.
Həmçinin reyd zamanı cərimələri mərkəzi məlumat xidmətində qərarsız kimi qeyd olunan sürücülər də saxlanılaraq onlara pozduqları yol hərəkəti qaydaları barədə yerindəcə müvafiq sənədlər təqdim olunub.
Tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni 2 ay müddətində ödəməyən sürücünün nəqliyyat vasitəsinin mühafizə olunan müvəqqəti duracağa yerləşdirilməsi barədə qərar qəbul olunur. Təşkil olunan reyd zamanı bu tipli qayda pozuntularına yol verən sürücülərin də avtomobilləri cərimə meydançasına yerləşdirilib.
Qeyd edək ki, bu ilin 8 ayı ərazində Xəzər rayon DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 7970 inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməkliyi ilə qaydaları pozan 25000 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib. Qeyd edilən dövrdə Xəzər rayonu ərazisində kobud qayda pozuntularına yol verən 1251, həmçinin sərxoş vəziyyətdə avtomobil idarə edən 170 sürücü müəyyən edilərək barələrində qanuni tədbir görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir
11.10.2019
Bakıda Əfqanıstan məhsullarının sərgisi açılıb
10.10.2019
60 il sonra yazılan məktub, 90 illik fotoşəkil, bir ömür bitməyən həsrət...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info