Azərbaycan ilə Belorus milli kitabxanaları əməkdaşlıq edəcək
Tarix: 18.09.2017 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Belorusun paytaxtı Minskdə beynəlxalq konfransda iştirak edib.
Kitabxanadan bildirib ki, o, Belorus kitab nəşrinin və ilk kitabın naşiri olan Frantsisk Skorinanın 500 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda və Belorus Milli Kitabxanasının 95 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.

Kərim Tahirov həmçinin Avrasiya Kitabxanalar Assambleyasının 25 illiyinə həsr olunmuş iyirminci ümumi illik yubiley iclasına da qatılıb. Yığıncaqda təşkilatın son 5 ildə gördüyü işlər haqqında hesabatı dinlənilib və maliyyə hesabatı təsdiq edilib. İclasda həmçinin Avrasiya Kitabxanalar Assambleyasının baş direktorunun seçkisi keçirilib və Rusiya Dövlət Kitabxanasının şöbə müdiri Qalina Raykova yenidən 5 il müddətinə həmin təşkilatın baş direktoru təyin edilib.
Avrasiya Kitabxanalar Assambleyasının ümumi iclasında Azərbaycan Milli Kitabxanası ilə Belorus Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb. Sazişi Azərbaycan Milli Kitabxanası direktoru Kərim Tahirov və Belarus Milli Kitabxanasının direktoru Roman Motulski imzalayıblar. Bu saziş 5 il müddətinə hər iki ölkələrin milli kitabxanaları arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, kitabxana və informasiya mübadiləsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər məsələləri əhatə edir.
İclasın sonunda Avrasiya Kitabxanalar Assambleyasının növbəti iyirmi birinci ümumi illik yığıncağının 2018-ci ilin sentyabrında Bakıda keçirilməsi qərara alınıb. Ümumi yığıncaqda həmçinin Avrasiya Kitabxanalar Assambleyasının 25 illiyi ilə əlaqədar olaraq həmin təşkilatın təsisçisi olan 5 milli kitabxana, o cümlədən Azərbaycan Milli Kitabxanası Avrasiya Kitabxanalar Assambleyasının xüsusi medalı və fəxri fərmanı ilə təltif olunub, Rudomino adına Rusiya Xarici ədəbiyyat kitabxanası Avrasiya Kitabxanalar Assambleyasının üzvlüyünə qəbul edilib
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info