Hakimlərin səlahiyyətlərinə onların öz xahişləri ilə xitam verilə biləcək
Tarix: 07.05.2013 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Azərbaycanda digər dövlət qulluğunda olduğu kimi hakimlərin də pensiya üçün qulluq stajının müddəti müəyyən olunur. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Məhkəmələr və hakimlər” haqqında qanunun 109-cu maddəsinə yeddinci və səkkizinci hissələr əlavələr ediləcək.
Qanuna əlavə ediləcək yeddinci hissədə göstərilir ki, “Pensiya yaşına çatanadək azı 25 il hakim işləmiş şəxslər qulluq illərinə görə pensiya hüququna malikdirlər və öz xahişləri ilə onların səlahiyyətlərinə xitam verilə bilər. Həmin müddətə pensiyaya çıxan şəxsin ədliyyə və prokurorluq orqanlarında xüsusi və hərbi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işlədiyi müddət da daxil edilir”. Əlavə ediləcək səkkizinci hissədə isə göstərilir ki, “Hakim işləmiş şəxslər ədliyyə, prokurorluq və ya digər dövlət orqanlarına işə qəbul edilərkən onların məhkəmə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir”. Layihə artıq Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info