“SƏS” filminin uğurları davam edir
Tarix: 18.09.2017 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


İran və Azərbaycanın müştərək istehsalı olan “Səs” qısametrajlı bədii filminin uğurlu festival həyatı davam edir. Bir neçə gün əvvəl 13-cü Kazan Beynəlxalq Film Festivalından “ən yaxşı qısametrajlı bədii film” mükafatı ilə qayıdan filmin yeni xəbəri Livanın Baalbek şəhərindən gəldi. Filmin prodüseri Fariz Əhmədovun verdiyi məlumata görə, “Səs” filmi Baalbek Beynəlxalq Qısametrajlı Filmlər Festivalında (Baalbeck’s International Short Films Festival) Münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Qeyd edək ki, festival 8-11 sentyabr tarixlərində keçirilib. Qeyd edək ki, film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Filmin çəkilişləri İranda aparılıb. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edirlər. Filmin rejissoru Ərturan Nəcəfi ADMİU-nun məzunudur. O, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alıb. Filmin mövzusuna gəlincə, gecələr ərinin amansız xorultularından yuxuya həsrət qalmış qoca qadın, tədbir qılmağa çalışır. Ancaq istəmədən vəziyyəti daha da pisləşdirir. Qeyd edək ki, film yaxın müddətdə Gürcüstan, Türkiyə, Bosniya və Hersoqavina, Rusiya, İran və digər ölkələrdə keçiriləcək festivalların nümayiş proqramına daxil edilib. Filmin uğurları davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
18.10.2019
Parisdə Azərbaycan qadınına səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə tədbir keçirilib
17.10.2019
Nəsiminin 650 illik yubileyi Türkiyənin Kocaeli şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info