Sumqayıt və Rustavi şəhərləri arasında memorandum imzalanıb
Tarix: 18.09.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Sumqayıt şəhərinin nümayəndə heyəti sentyabrın 14-dən 17-dək Gürcüstanın Rustavi şəhərində keçirilən Şəhər günü bayramına qatılıb, hər iki şəhər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Səfərdən qayıdan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov AZƏRTAC–a bildirib ki, 1972–ci ildən qardaşlaşmış şəhərlər olan Sumqayıtla Rustavini dostluq telləri birləşdirir. Hər iki dövlətin iri sənaye şəhərləri arasındakı dost münasibətlər gündən-günə möhkəmlənir və genişlənir. Nümayəndə heyəti qardaş şəhərdə bir sıra rəsmi görüşlərdə də iştirak edib.
Həmçinin Rustavidə bayram tədbirləri çərçivəsində hər iki şəhər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov və Rustavi şəhərinin meri David Cikiya imzalayıb.
İmzalama mərasimində qardaşlaşmış şəhərlər arasında çoxillik mədəni və iqtisadi əlaqələrin olduğu bildirilib. Gələcəkdə iki şəhər arasında münasibətlərin daha da intensivləşəcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, Sumqayıtı dünyanın 11 ölkəsinin 13 şəhəri ilə qardaşlıq, tərəfdaşlıq əlaqələri birləşdirir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Azərbaycanda parlament seçkiləri İsveçrə mətbuatında işıqlandırılıb
19.02.2020
4 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib
19.02.2020
Ermənilər atəşkəsi 21 dəfə pozublar
18.02.2020
Bako Saakyan hətta “QHT” səviyyəsinə çata bilməyib
18.02.2020
ÜmumAvropa Qarabağ mitinqi-Berlin, 22 fevral 2020

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info