Sosial xidmət işçiləri üçün növbəti təlimlərə başlanılıb
Tarix: 18.09.2017 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Ölkəmizdə “Sosial iş” modelinin tətbiqinə hazırlıq işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin “2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı” çərçivəsində Bakı şəhəri, Qəbələ və Tovuz rayonları üzrə sosial xidmət işçiləri üçün “Sosial işin əsasları” mövzusunda silsilə təlimlərə başlanılıb.
Bununla əlaqədar keçirilən tədbirdə Azərbaycanda sosial xidmətlər sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi məqsədilə ötən dövrdə aparılan işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, son illərdə Avropa İttifaqının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avstriya Respublikasının aidiyyəti qurumları tərəfindən birgə icra olunan “Sosial xidmətin inkişafı” Tvinninq Layihəsi bu sahədə mühüm önəm kəsb edib. Həmin Layihə çərçivəsində yeni “sosial iş” modelinin yaradılması istiqamətində də bir sıra işlər görülüb.
Bütün dünyada geniş yayılmış “Sosial iş” modeli çətin həyat şəraitinə düşmüş insanlara kömək etməyə istiqamətlənmiş çoxşaxəli və geniş fəaliyyəti özündə ifadə edir. Belə ki, bu fəaliyyət sosial müdafiəyə ehtiyacı olan şəxslərin (əlilliyi olan şəxslərin, ailə mühitindən məhrum olmuş uşaqların, tənha ahılların, aztəminatlı ailələrin və b.) problemlərinin həlli, sosial xidmətlərin onlara daha əlçatan olmasının təmin edilməsi, həmin insanların cəmiyyətə inteqrasiyasının bərpa edilməsi, sosial və psixoloji ehtiyaclarının müəyyənləşdirilməsi və s. sahələrdə də xidmətlərin göstərilməsini nəzərdə tutur. Bununla əlaqədar “Sosial xidmətin inkişafı” Tvinninq Layihəsi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun bir sıra şəhər (rayon) şöbələrinin sosial xidmət əməkdaşlarının bilik və peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun “Sosial iş” modeli əsasında təkmilləşdirilməsi üçün bir sıra təlimlər keçirilib. Təlimlərin sonunda isə iştirakçılara sertifikatlar verilib.
Hazırda isə UNİCEF-lə əməkdaşlıq müstəvisində bu təlimlərin Bakı şəhəri, Qəbələ və Tovuz rayonları üzrə sosial xidmət işçiləri üçün “Sosial işin əsasları” mövzusunda davam etdirilməsinə başlanılır. Bu təlimlərdə iştirakçılara sosial xidmətlər sahəsində, o cümlədən “Sosial iş” modeli üzrə qabaqcıl beynəlxalq təcrübə öyrədiləcək, onların bilik və bacarıqları artırılacaq.
“Sosial iş” modelinin Dövlət Sosial Müdafiə Fondunun bütün şəhər (rayon) şöbələrində və sosial xidmət müəssisələrində ardıcıl şəkildə tətbiqinin həyata keçirilməsi planlaşdırılır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər
19.07.2019
Naxçıvan əhalisinin sayı açıqlanıb
18.07.2019
Naxçıvanda aztəminatlı ailələrin məşğulluğu təmin edilir
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10832

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info