Rəşt-Astara dəmir yolunun çəkilişi artıq reallıqdır
Tarix: 18.09.2017 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Ötən həftə Çin ilə İran arasında imzalanan memoranduma əsasən Çinin CITIC Group dövlət investisiya şirkəti tərəfindən İranın “Rəfah”, “Pasargad”, “Pars”, “Sənaye” və “İxrac” banklarından ibarət konsorsiuma 10 milyard dollar həcmində kredit veriləcək.
İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfi bildirib ki, bu müqavilə İran və Çinin mərkəzi bankları arasındakı səmərəli əməkdaşlığın nəticəsində imzalanıb. Onun sözlərinə görə, maliyyə vəsaiti enerji, nəqliyyat, su resurslarının idarə edilməsi sahəsində həyata keçirilən infrastruktur layihələrə sərf olunacaq. V.Seyfi onu da nəzərə çatdırıb ki, artıq cari ilin oktyabr ayından başlayaraq 10 milyard kredit hissə-hissə İran banklarına köçürüləcək.
Xatırladaq ki, “CITIC Group” özündə 44 maliyyə şirkətini birləşdirir. Bu şirkətlərin ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və başqa ölkələrdə böyük filialları fəaliyyət göstərir.
Göründüyü kimi belə bir ciddi qurumun maliyyə krediti təqdim etməsi heç də təsadüfi xarakter daşımır.
Əvvəla qeyd edək ki, İranın Mərkəzi Bankının sədri maliyyə vəsaitinin digər sahələrlə yanaşı nəqliyyat sahəsinə də yönəldiləcəyini vurğulayıb. Bu gün İranın ən aktual məsələsi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞCBND) formalaşdırılması istiqamətində həyata keçirdiyi işlərdir. Bu nəqliyyat dəhlizi Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Avropa ilə Asiyanı birləşdirəcək.(AZƏRTAC)
ŞCBND-nin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara dəmir yolunun çəkilişi işləri davam edir. Yolun Qəzvin-Rəşt bölməsi artıq hazırdır. Rəşt-Astara hissəsinin inşası isə maliyyə problemi səbəbindən yubanır. Körfəz ilə Xəzər dənizini birləşdirəcək Qəzvin-Rəşt-Astara yolu İranın dəmir yolu sistemini Azərbaycan ərazisindən keçməklə Rusiyanın dəmir yolu sistemi ilə birləşdirəcək. İran üçün mühüm əhəmiyyət daşıyan və Avropaya çıxış imkanı verən yolun çəkilişi Çindən alınan kredit hesabına inşa ediləcəyinə artıq şübhə yeri qalmır.
İran Dövlət Dəmir Yolları İdarəsinin rəsmi nümayəndəsi Abbas Zamani bildirib ki, Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun çəkilişinə 1 milyard dollara yaxın investisiya lazımdır. Çindən alınan kreditdən əlavə Azərbaycan və Rusiya yolun çəkilişinə sərmayə qoymaq niyyətindədirlər. Çünki bu yol hər iki dövlətin iqtisadi maraqlarını əks etdirir.
Beləliklə yuxarıda deyilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun çəkilişi artıq reallıqdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info