Heydər Əliyev Fondunun Regional İnkişaf Birliyinin könüllüləri ilə görüş keçirilib
Tarix: 18.09.2017 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Şəkidə uşaq evi üçün yeni binanın inşasına başlanıb, Gəncədə uşaq evi ilə bağlı layihələrin icrası nəzərdə tutulur


Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyinin (RİİB) Gəncə şəhərində könüllülərlə görüşü təşkil olunub.

Birlikdən verilən məlumata görə, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda iki il ardıcıl keçirilən marafon yarışlarının böyük marağa səbəb olduğunu bildirib.

Qeyd edilib ki, Regional İnkişaf İctimai Birliyi tərəfindən bölgədə belə bir yarışın təşkil olunması təklifi irəli sürülüb. Regionda ilk dəfə keçirilən Gəncə marafonunda 11 min şəxsin iştirak etməsi bu layihəyə bölgələrdən də marağın böyük olduğunu göstərir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyinin artıq birillik fəaliyyət dövrünün başa çatmaqda olduğunu deyən A. Ələkbərov ötən müddətdə region sakinlərindən gələn hər bir təklifin diqqətdə saxlanıldığını qeyd edib.

RİİB-in gördüyü işlərin birbaşa insanlara xidmət edən layihələr olduğunun, Heydər Əliyev Fondunun prezidenti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib. Qeyd olunub ki, təşkilatın sosial, səhiyyə, təhsil sahələrindəki layihələrində, o cümlədən regionlarda təhsil ocaqlarının qurulmasında və lazımi avadanlıqla təmin olunmasında, fiziki imkanları məhdud şəxslərə yönəlik işlərində RİİB könüllüləri yaxından iştirak edib.

A. Ələkbərov Heydər Əliyev Fondunun regionlarda gördüyü işlərdən danışaraq Şəki şəhərindəki uşaq evi üçün artıq yeni binanın inşasına başlanıldığını və Gəncədə də uşaq evi ilə bağlı layihələrin icrasının nəzərdə tutulduğunu qeyd edib.

Təşkilatın hər bir regiondan olan könüllüsü bundan sonra da RİİB layihələrində aktiv iştiraka və Azərbaycan, ölkə prezidenti naminə gözəl işlər ətrafında səfərbər olmağa çağırılıb.

Görüşdə çıxış edən millət vəkili Qənirə Paşayeva RİİB tərəfindən həyata keçirilən layihələrin, o cümlədən Gəncədə təşkil olunan marafonun bölgələrin və gənclərin fəallığı baxımından əhəmiyyətli olduğunu deyib.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info