“Petlim” konteyner limanının ikinci mərhələsi istifadəyə verilib
Tarix: 18.09.2017 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


SOCAR-ın sərmayə qoyduğu “Petlim Limancılık Ticaret A.Ş.” şirkətinin 1,5 milyon TEU konteyner saxlama gücünə malik konteyner limanının ikinci mərhələsi istifadəyə verilib.
Bununla da İzmirin Əliağa rayonundakı limanın tutumu iki dəfə artıb. Liman iki mərhələdə istifadəyə verilməklə ümumilikdə 450 milyon dollara başa gəlib. Liman gəmilərin yan alması üçün 700 metr uzunluğunda bərədən, 42 hektarlıq konteyner saxlama sahəsindən, eləcə də 150 metrlik karqo və yük bərəsindən ibarətdir. “Petlim”in inşası üçün ümumilikdə 8,5 milyon nəfər/saat iş görülüb. 16 metrlik dərinliyi olan bərə 16 min TEU tutuma malik gəmilərə xidmət göstərə biləcək. Limanda umilikdə 600 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda “Petlim” Egey dənizi hövzəsində ən iritutumlu, Türkiyənin isə üçüncü böyük limanıdır.
Qeyd edək ki, SOCAR-ın Türkiyədəki ən böyük aktivi və səhmlərinin təxminən 53 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ) məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 28 il müddətində Hollandiyanın “APM Terminals” şirkəti idarə edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info