Sahibsiz heyvanlarla mübarizəyə dair profilaktik tədbirlər davam etdirilir
Tarix: 18.09.2017 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, avqustun 23-də Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədovun yanında sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib. Müşavirədə bu sahədə mövcud olan problemin köklü həlli üçün əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazirin müavini tərəfindən verilən tapşırıqlarla əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ötən dövrdə quduzluq xəstəliyi ilə bağlı mövcud vəziyyəti araşdırıb və problemin aradan qaldırılması sahəsində müəyyən tədbirlər həyata keçirib.
Belə ki, iclasdan sonra Dövlət Baytarlıq Nəzarəti Xidməti Səhiyyə Nazirliyi ilə birgə quduzluq xəstəliyi ilə əlaqədar ölkədə mövcud vəziyyət və bu xəstəliyə qarşı mübarizə tədbirlərinə dair təkliflər hazırlayıb. Həmçinin Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən insanlar arasında quduzluq xəstəliyi ilə bağlı maarifləndirmə tədbirlərinin artırılması məqsədilə bukletlər, broşürlər və digər əyani vasitələr (posterlər, epizootik xəritələr və s.) yenilənərək rayon baytarlıq idarələrinə verilib. Xidmətin veb-saytında (www.vet.gov.az) da quduzluq xəstəliyinə dair maarifləndirici məlumatlar və əyani vəsaitlər yerləşdirilib.
“Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək” TVİNNİNQ layihəsi çərçivəsində layihənin beynəlxalq ekspertləri tərəfindən Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin iştirakı ilə ölkə ərazisində insanlar və heyvanlar arasında quduzluq xəstəliyinin ləğv edilməsi üzrə sığınacaqların (stasionar və səyyar) yaradılması, sahibsiz heyvanların sterilizasiyası və vəhşi təbiətdə olan həssas heyvanların oral üsulla peyvəndləmə işlərinin, insanlar arasında dişlənmə hallarında vaksinasiyanın aparılması, əhalinin maarifləndirilməsi məsələləri daxil olmaqla, “2017-2021-ci illərdə Azərbaycanda quduzluq xəstəliyinə qarşı mübarizə üzrə milli strategiya” layihəsinin ilkin variantı hazırlanıb.
Strategiyanın qiymətləndirilməsi və Avropa təcrübələrinə əsaslanan məsləhətlər verilməsi üçün TVİNNİNQ layihəsi çərçivəsində Fransada xəstəliklərə nəzarəti həyata keçirən “Qida, Ətraf mühit, Əməyin Gigiyenası və Təhlükəsizliyi Agentliyi”nin (ANSES) quduzluq xəstəliyi üzrə ixtisaslaşmış referens laboratoriyasının direktoru Florans Klikenin bu ilin oktyabrında Bakıya səfəri planlaşdırılıb. Həmçinin səfər çərçivəsində quduzluq xəstəliyinə görə fəaliyyət planının hazırlanması, quduzluq xəstəliyinin qarşısının alınması və sahibsiz heyvanların idarə olunması ilə bağlı respublikanın 3 regionunda (Abşeron, Lənkəran və Şəki) seminarların keçirilməsi nəzərdə tutulub.
TVİNNİNQ layihəsi çərçivəsində quduzluq xəstəliyinə görə standart əməliyyat prosedurları layihəsi işlənib. Hazırlanmış strategiya və standart əməliyyat prosedurlarının layihəsi Səhiyyə Nazirliyinin əməkdaşları ilə də müzakirə olunub.
Vəhşi təbiətdə quduzluğa həssas heyvanlar arasında oral immunizasiyanın həyata keçirilməsi məqsədilə qida tərkibli peyvənd vasitələrinin və sahibsiz itlərin miqdarının müəyyənləşdirilməsi həyata keçirilir. Eyni zamanda, vəhşi təbiətdə quduzluğa həssas heyvanların sayının və yaşama areallarının müəyyən olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından müvafiq məlumatlar toplanılıb.
Keçirilmiş müşavirədən sonrakı dövrdə 897 baş ev itində profilaktik peyvəndləmə aparılıb, ilin sonunadək peyvəndlənəcək cavan ev itlərinin sayı müəyyən edilib. Vaksinasiya tədbirlərinin davam etdirilməsi planlaşdırılır.
Ölkə ərazisində quduzluq xəstəliyinin müayinə olunmasına görə yeganə ixtisaslaşmış laboratoriya olan Respublika Baytarlıq Laboratoriyasında mütəxəssislərin bilik və bacarıqlarının artırılması üçün beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçirilib. Son 20 gündə laboratoriyaya daxil olan 5 baş heyvan nümunəsində quduzluğa yoluxma halı qeydə alınıb.
Sahibsiz heyvanlarla mübarizə və bu problemin köklü həlli ilə əlaqədar zəruri tədbirlər davam etdirilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info