Ermənistanda dövlət dili rus dili olacaq
Tarix: 18.09.2017 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Ekspert Qalust Saakyan:
“Enerji sistemini, təhlükəsizliyi, sərhədləri, kommunikasiyası, gömrük sistemi başqa ölkənin ixtiyarına verilmiş ölkədə əsas dil kimi erməni dilinin rus dili ilə əvəzlənməsi, sadəcə, texniki məsələdir”

Ermənistan-Diaspor konfransında sıxış edən Serj Sərkisyan yenə də sərsəm açıqlamalar verib. Sərkisyan işğal etdikləri torpaqlarımızla bağlı yalan bəyanatlar səsləndirib. Ölkəsi üçün miqrasiya və əhalinin azalmasının problem olduğunu etiraf edərək 2040-cı ilə qədər ölkə əhalisinin sayının 4 milyon nəfərə çatdırmağı hədəflədiklərini qeyd edib.
Ekspertlər qeyd edib ki, Sərkisyanın açıqlamalarının arxasında dayanan səbəb diaspor üzvlərini könlünü almağa hesablanıb. Sərkisyan diasporun kəsilən yardımlarının bərpa olnmasına çalışır. Əslində, real vəziyyət Sərkisyanın dediklərinin əksidir. Elə Ermənistan hökumətinin rus dilinə xüsusi status verməklə bağlı istəyi böyük rezonans doğurub. Sərksiyan hökuməti Moskvanın təzyiqləri qarşısında dayana bilməyərək rus dilinin statusunu artırmaq qərarına gəlib. Ekspert Qalust Saakyan “Nyus.am”a açıqlamasında deyib ki, hökumətin rus dilinin statusunu artırmaqla bağlı konsepsiya hazırlaması axmaqlıqdır: “Əgər, biz müstəqil dövlətiksə, bizim dövlət dilimiz də erməni dili olmalıdır. İkinci dilin olması mümkün deyil. Belə halın yaşanması üçün ölkədə hansısa böyük etnik qrup yaşamalıdır. Belə olan halda həmin etnik qrupun dilinə status verməyi anlamaq olar. Amma Ermənistanda rusların böyük qrupu yaşamır. Bizim erməni dilindən imtina etməyimiz suverenlikdən imtina etmək deməkdir. Dil məsələsi hakim komanda üçün suverenliyin sonucu forpostudur. Guya dili qorumaqla “total kapitulyasiyaya” haqq qazandırırlar. Hakim komanda üzvləri özlərində düşünürlər ki, erməni dilini əsas dövlət kimi saxlayıb, rus dilini ikinci dil kimi qəbul etməklə vəziyyətdən çıxa bilərlər. Etiraz edənlərə də deyəcəklər ki, əsas dilimiz erməni dilidir. Amma onlar bunu qoruya bilməyəcək. Çünki Ermənistanın nəyi varsa, hamısını kapitulyasiya ilə bağlı “sülh müqaviləsi” ilə əlindən alıblar. Enerji sistemini, təhlükəsizliyi, sərhədləri, kommunikasiyası, gömrük sistemi başqa ölkənin ixtiyarına verilmiş ölkədə əsas dil kimi erməni dilinin rus dili ilə əvəzlənməsi, sadəcə, texniki məsələdir. Maraqlıdır ki, Moskva Ermənistanın suverenliyinin sonuncu forpostunu iki millətçi partiya - Njdenin öyrənilməsini özünə əsas ideologiyası seçən Respublika Partiyası və erməni inqilab partiyası Daşnaksütyunun əli ilə nəzarətə götürür. Respublika Partiyasının sədr müavini və baş nazir Karen Karapetyan təhsil naziri olan daşnak Levon Mkrtçyana rus dilinin statusunun artırılması ilə bağlı təlimat verib. Təhsil naziri artıq bununla bağli konsepsiyanı hazırlayıb”. “Lragir” yazır ki, bir il əvvəl “Qazprom”un top-meneceri Karapretyanın gözlənilmədən Ermənistanın baş naziri təyin olunmasından sonra baş verənləri təbii qəbul etmək lazımdır. Sayt yazır ki, Karapetyan gələndən sonra Moskvanın Ermənistanı nəzarətə götürməsi daha açıq və aqressiv şəkildə aparılır: “Artıq Moskva bu işğalı qardaşlıq haqında miflərlə ört-basdır etməyə ehtiyac görmür və açıq şəkildə Ermənistanı koloniyaya çevirir. Burada sonuncu xətt dil məsələsi ilə bağlıdır. Hakimi koalisiyanın üzvü olan Daşnaksütyun da belə bir sənədin hazırlanmasının altına imzasını qoyub”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info