İspaniya güclü miqrasiya təzyiqi altındadır
Tarix: 18.09.2017 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


“İspaniya Avropada ən güclü miqrasiya təzyiqi ilə yaşamaqda davam edir”. Bu barədə Avropa İttifaqının xarici sərhəd təhlükəsizliyi agentliyinin yaydığı məlumatda bildirilir.
“2017-ci ilin ilk səkkiz ayı ərzində, əsasən, dörd böyük miqrasiya yolunu keçərək Avropaya can atanların ümumi sayı ötən ilin müvafiq dövrü ilə nisbətdə azalaraq, təqribən 142 min 700 nəfər təşkil edib” deyə məlumatda deyilir.
Agentliyin başqa bir məlumatına görə, bu ilin avqust ayında dörd əsas miqrasiya marşrutu üzrə 12 min 200 qanunsuz sərhəd keçidi qeydə alınıb. Avropa İttifaqı üçün önəm kəsb edən məsələlərdən biri də budur ki, İtaliyaya gedən məcburi köçkünlərin sayı əvvəlki ayla müqayisədə təxminən 60 faiz azalıb. Bu, 2017-ci ilin yanvar ayından bəri ən aşağı göstərici kimi dəyərləndirilir. Beləliklə, son iki ay ərzində bu marşrut üzrə azalma müşahidə edildiyindən, son səkkiz ay ərzində Avropaya gələnlərin ümumi sayı 99 min 800 nəfər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz azdır. O da qeyd edilməlidir ki, Avropaya ən yaxın marşrut kimi dəyərləndirilən Mərkəzi Aralıq dənizi yolu ilə qanunsuz sərhəd keçidləri etməyə çalışanların əksəriyyətini Nigeriya və Qvineya vətəndaşları təşkil edib. Avropa İttifaqı qeyd edir ki, bu dövr ərzində İspaniya dövləti ən ağır miqrasiya təzyiqi altında yaşayır. Bu ölkəyə həm quru, həm də su yolu ilə 2400 qeyri-qanuni keçidə cəhd göstərilib. Bu isə ötən illə müqayisədə iki dəfə çoxdur. Qeyd edilməlidir ki, avqust ayında əvvəlki iki aya nisbətən miqrant axınının sayında bir az azalma olmasına baxmayaraq, Qərbi Aralıq dənizi marşrutu üzrə miqrasiya təzyiqi yüksək olaraq qalır. Belə ki, bu ilin ilk səkkiz ayı ərzində həmin marşrutla İspaniyaya gələn miqrantların ümumi sayı 13 min 600 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. 2017-ci ildə bu marşrut üzrə Avropaya can atanların əksəriyyəti Mərakeş, Kot Devuar və Qambiya vətəndaşları olub. Avqust ayında Yunanıstana gələn miqrantların sayı isə 4200 nəfər təşkil edib. Bu ilin səkkiz ayı ərzində Yunanıstana 21 min 100 miqrant daxil olub ki, bu da 2016-cı ilin eyni dövrünün göstəricisinin onda birinə bərabərdir. Bunlar daha çox Şərqi Aralıq dənizi vasitəsilə gələn Suriya, İraq və Əfqanıstan vətəndaşları olub. Avropa İttifaqının xarici sərhəd təhlükəsizliyi agentliyinin məlumatına görə, bu ilin avqust ayında qeyri-qanuni sərhəd keçidlərinə ən az cəhd Qərbi Balkanlarda müşahidə edilib. Bunun başlıca səbəbi isə Türkiyəyə sığınan mühacirlərin bu ölkəni tərk etməməsi ilə bağlıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info