Məcburi köçkünlər üçün salınan şəhərcikdə tikinti işləri sürətlənib
Tarix: 19.09.2017 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Sumqayıtda şəhərin 12-ci mikrorayon ərazisində qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış binalarının tikintisi davam etdirilir. Tikinti işlərinin sürətləndirilməsi üçün əraziyə çoxsaylı texnika və canlı qüvvə cəlb olunub.
AZƏRTAC xəbər verir ki, Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş 2017-ci il 9 mart tarixli müşavirədə bir sıra mühüm problemlərə toxunan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün verdiyi tapşırıq Sumqayıt şəhərində uğurla icra edilir.
Belə ki, çoxmərtəbəli binaların tikilməsi üçün şəhər icra hakimiyyəti tərəfindən 2,8 hektar yer ayrılıb və hazırda həmin ərazidə böyük şəhərcik salınır. Yaşayış binalarının altısı 8, ikisi 14, ikisi isə 15 mərtəbəli olacaq. Bu binalarda, ümumilikdə, 936 mənzil nəzərdə tutulub ki, onlardan da 278-i üç, 520-si iki, 138-i isə birotaqlıdır.
Qeyd edək ki, Sumqayıtda işğal altında olan ayrı-ayrı rayonlardan 52 mindən çox qaçqın və məcburi köçkün məskunlaşıb. İlkin mərhələdə Sumqayıt şəhərində otel, məktəb və uşaq bağçalarında məskunlaşmış məcburi köçkünlər yeni binalardakı mənzillərlə təmin ediləcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Qadın biznes inkubatorların yaradılması müzakirə edilib
23.05.2019
Gömrük Komitəsi bu il dövlət büdcəsinə 1,4 milyard manatadək vəsait köçürüb
23.05.2019
Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində regionlararası görüş keçirilib
23.05.2019
Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb
23.05.2019
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin ərzaq məhsulları təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
2 Üç müharibə iştirakçısı olan general-mayor
3 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
4 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info