Fəttah Heydərov: “Azərbaycan böhranlardan kənarda qalıb”
Tarix: 19.09.2017 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilir. Cari məsələlər barədə danışan deputat Fəttah Heydərov bildirib ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının sessiyasında iştirak edir və onun gözlənilən çıxışı tarixi hadisə olacaq. O qeyd edib ki, bu gün dünyada siyasi, iqtisadi, humanitar sahədə ciddi böhranlar müşahidə olunur: “Bu böhranlara baxmayaraq, Azərbaycan öz yolunu davam edir. Ölkə başçısı İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bu böhranlardan kənarda qalıb. Bu gün dünya Azərbaycandan nümunə götürür. Biz millət vəkilləri də ölkə başçısının bu siyasətinin uğurla həyata keçirilməsinə töhfəmizi verməliyik”.
Deputat Tahir Kərimli isə deyib ki, 2018-ci ildə prezident seçkilərinə kölgə salmaq üçün bəzi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır: “Bunlar Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrdir. Biz deputat kimi nəinki qanunvericilik aktlarının hazırlanmasında, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməliyik. Bu təbliğat vasitəsində bələdiyyələrin də rolu ola bilər. Biz ölkədə gedən inkişafı daha da sürətləndirməliyik”.
Deputat Fəzail İbrahimli də gələn il Azərbaycanda həssas il olacağını, qarayaxma kampaniyasına qarşı dövlətin ətrafında sıx birləşməyin vacibliyindən danışıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info