“Sülh və təhlükəsiz əmək insan həyatının təminatıdır” mövzusunda seminar keçirilib
Tarix: 19.09.2017 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetində 21 Sentyabr-Beynəlxalq Sülh gününə həsr olunmuş “Sülh və təhlükəsiz əmək insan həyatının təminatıdır” mövzusunda seminar keçirilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin 5 saylı region (Bakının Yasamal və Qaradağ rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin məsul şəxslərinin, universitetin müəllim və tələbələrinin iştirakı ilə keçən tədbirdə BMT tərəfindən 21 sentyabr-Beynəlxalq Sülh gününün təsis olunması tarixindən və onun dünyada sülh mədəniyyətinin təbliğində önəmindən bəhs olunub. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində sabit inkişaf tempinə malik olan ölkəmizdə tolerantlıq mühitinin, sülh və əmin-amanlığın hökm sürdüyü vurğulanıb, xalqımızın həmişə sülhsevər bir xalq olduğu bildirilib.
Qeyd olunub ki, hər il Beynəlxalq Sülh günü ilə əlaqədar Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə keçirilən “Sülh aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də müxtəlif tədbirlər təşkil olunur. Hazırkı seminar da hər bir işçinin həyat və sağlamlığının mühafizəsi baxımından vacib olan əməyin təhlükəsizliyi ilə bağlı tələbələr arasında ətraflı məlumatlandırmanın həyata keçirilməsi ilə “Sülh aylığı”na töhfə vermək məqsədinə yönəlib. Bu universitetdə təhsil alan tələbələrin gələcəkdə inşaat sektorunda əmək fəaliyyətinə başlayacağını nəzərə aldıqda onlar üçün bu mövzuda məlumatlandırmanın aparılması, xüsusən də tikinti sahəsində əməyin mühafizəsinin təşkili ilə bağlı onlara məlumatların verilməsi böyük önəm kəsb edir.
Seminarda ölkəmizdə əməyin mühafizəsi, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı fəal dövlət siyasətinin həyata keçirildiyi, Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququnun təsbit edildiyi vurğulanıb. Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi norma, qayda və prinsipləri, istehsal qəzası riski yüksək olan müəssisələrdə, habelə tikinti sahəsində belə qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə iştirakçılara ətraflı məlumatlar verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemlərindən biri olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemindən də bəhs olunub, onun üstünlükləri diqqətə çatdırılıb. Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərən “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının əməkdaşının da əməyin mühafizəsinin təşkilinə dair çıxışı dinlənilib.
Tədbir iştirakçıların iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı suallarının cavablandırılması ilə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info