Ortaq türk tarixinə işıq tutan ekspedisiya reallaşdırılıb
Tarix: 19.09.2017 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə keçirilən "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" adlı III beynəlxalq ekspedisiya başa çatıb. 15 avqust tarixində Monqolustanın Kentay bölgəsindən başlayan tədqiqat səfəri 18 sentyabrda Qazaxıstanın Jezkazqan şəhərinin Ulutau qəsəbəsində yekunlaşıb.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Türkiyə və Başqırdıstan və Dağıstandan dövlət və ictimai xadimlər, tarixçi-arxeoloqlar və media nümayəndələrinin iştirak etdiyi ekspedisiya çərçivəsində Qazaxıstanın mərkəzi əyalətlərindəki tarixi baxımdan böyük əhəmiyyətə malik ərazilər ziyarət olunub.
TWESCO prezidenti Dərxan Kıdıralinin rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Qazaxıstandakı ən qədim tikililərdən biri olan Dombaul Movzeleyini, 12-13-cü əsrlərə aid Alaşa və Çuçi xan türbələrini ziyarət ediblər.
Daha sonra Satpayev şəhərində məşhur geoloq Kanış Satpayevin abidəsi önünə əklil qoyulub və iştirakçılar alimin fəaliyyəti haqqında məlumatlandırılıb. Ziyarətçilər Satpayev şəhərinin tarix muzeyində bölgədə tapılan qədim türk tarixinə aid tapıntılarla tanış olublar və Ulutau qəsəbəsində Xan Ordası heykəlini ziyarət ediblər.
Səfər çərçivəsində Ulutau bölgəsindən olan ziyalıların iştirakı ilə elmi konfrans təşkil edilib. Səfərin məqsədi haqqında danışan TWESCO prezidenti Dərxan Kıdırali tədqiqat səfərinin Prezident Nursultan Nazarbayevin “Gələcəyə Yol: Mənəvi Dirçəliş” adlı məqaləsində toxunduğu tarixi şüurun canandırılmasına xidmət etdiyini bildirib. O, beynəlxalq kəşfiyyat səfərinin bu sahədə elmi tədqiqatlar üçün zəmin yaratdığını, türk xalqları arasında dostluğu və birliyi gücləndirdiyini bildirib.
Konfransda Ulutau bölgəsinin tarixi əhəmiyyəti, dövlətçilik ənənəsinin davamlılığı, buradakı abidələrin Türk dünyasının ortaq mədəni mirasının öyrənilməsində oynadığı rol və Avrasiya çöl mədəniyyəti ilə bağlı aktual məsələlər barədə müzakirələr aparılıb.
Səfərin yekunu olaraq, Astana şəhərində Qazaxıstanın Milli Kitabxanasında TWESCO tərəfindən indiyədək təşkil olunan beynəlxalq tədqiqat səfərlərinin nəticələri ilə bağlı hesabat toplantısı təşkil olunub. Toplantıda tədqiqat səfərinin elmi yenilikləri və nəticələri barədə məlumat verilib. Bununla yanaşı, Monqolustan qədim türklərə aid Şiveet Ulaan abidələr kompleksində iki il ərzində aparılan qazıntı işlərindən əldə edilən tapıntıların təqdimatı keçirilib.
Akademiya prezidenti D.Kıdırali Monqolustan tərəfi ilə əldə olunan razılaşmalar nəticəsində uğurlu layihələr həyata keçirildiyini, Şərqi Monqolustanda qədim türklərə məxsus yeni kurqan və heykəllər aşkar edildiyini bildirib. Bundan başqa, Monqolustan Milli Muzeyi ilə Hunlar və Göytürklər dövrünə aid dəyərli tapıntıların elmi nüsxələrinin köçürülməsinə dair anlaşma əldə olunub. Monqolustan Milli Muzeyinin direktor müavini Bayarsayhan Jamsranjavın isə Kültegin, Bilgə Xaqan və Tonyukuk yazıları kimi qədim türk abidələri də daxil olmaqla, qədim mənbələr əsasında əski toponimlər xəritəsinin hazırlanması barədə razılaşma əldə olunduğunu qeyd edib.
Beynəlxalq Türk Akademiyası türk dünyası tarixində önəmli yerə malik Monqolustanın Şiveet Ulaan külliyyəsində 2016-ci ildə 2 ay sürən qazıntı işləri aparıb. Qazındı işləri zamanı əski çağlara işıq tutacaq əvəzsiz tapıntılar aşkara çıxarılıb. Tədqiqatçılara görə, Şiveet Ulaan kompleksi bir çox türk etnoslarını bir araya gətirən və onları vahid dövlətdə birləşdirərək uzun illər Avrasiya coğrafiyasına hökmranlıq edən İlteriş Kutluk Xaqanın (682-692-ci illərdə hakimiyyətdə olub) adına ucaldılmışdır.
Qeyd edək ki, Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan zirvəsində yaradılan Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə birinci beynəlxalq kəşfiyyat səfəri Altaylara, ikinci ekspedisiya isə Monqolustanın Şiveet-Ulan və Orxon bölgələrinə təşkil olunmuşdu. "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" tədqiqat səfəri türk dünyasının ortaq tarixi mirasının öyrənilməsini hədəfləyən sayca üçüncü beynəlxalq ekspedisiya olub.
Beynəlxalq Türk Akademiyasının növbəti tədqiqat ekspedisiyasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan və Qafqaz regionuna təşkil olunması nəzərdə tutulur.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info