“Təlimdə müasir pedaqoji texnologiyalar”
Tarix: 19.09.2017 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) rus dili və ədəbiyyatı müəllimləri üçün “Təlimdə müasir pedaqoji texnologiyalar” mövzusunda seminar keçirilib. Seminarın keçirilməsində məqsəd rus dili və ədəbiyyatı müəllimlərinin təkmilləşdirilməsinə, onların bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdir. Seminara Rusiya Xalqlar Dostluğu Universitetinin və eləcə də Rusiyanın digər tanınmış və aparıcı universitetlərinin professor-müəllimləri, ADPU-nun rus dili müəllimləri, Bakı şəhərinin 35 ümumi təhsil məktəbinin 70 nəfər müəllimi cəlb edilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu gün universitetin həyatında vacib bir gündür. “Təlimdə müasir pedaqoji texnologiyalar” mövzusunda seminarın keçirilməsi ADPU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan mühüm addımdır. Rektor qeyd edib ki, rus dili dünyanın aparıcı və zəngin dillərindən biridir. Rus dili elm, mədəniyyət, ədəbiyyat dilidir. Son illər Azərbaycanda rus dilinə maraq xeyli artıb. Hazırda ölkəmizdə rus dilinin intensiv tədrisi üçün lazımi tədbirlər həyata keçirilir. Yaxın gələcəkdə rus dilinə maraq daha da artacaq. Bu seminarın keçirilməsi rus dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir edəcək. Rektor çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Denisov Valentin Petroviç çıxış edərək seminarın keçirilməsinə verdiyi dəstəyə görə Təhsil Nazirliyinin və ADPU-nun rəhbərliyinə təşəkkür edib, iştirakçılara müvəffəqiyyətlər arzulayıb.
Rusiya Xalqlar Dostluğu Universitetinin rus və xarici ədəbiyyat kafedrasının müdiri, professor Kovalenko Aleksandr Georqiyeviçin və baş müəllim, filologiya elmləri namizədi Kalinina Yuliya Mixaylovnanın moderatorluğu ilə davam edən seminarda “Müasir rus dili və ədəbiyyatı təhsilin yeni paradiqmaları şəraitində”, “Əsas ümumtəhsil məktəblərində rus dili dərslərində mədəniyyətşünaslıq kompetensiyalarının formalaşması”, “Oyun rus dili təlimində vasitə kimi. Rus dili və ədəbiyyatı dərslərində oyun texnologiyaları”, “İmtahanların keçirilməsinin normativ-hüquqi təminatı. Vahid dövlət imtahanının tətbiqi tarixi. Vahid dövlət imtahanının istiqamətləri və inkişaf perspektivləri. Yoxlama-ölçmə materialları. Müxtəlif fənnlər üzrə tapşırıqların strukturu və məzmunu. Vahid dövlət imtahanının blankları və onların doldurulması”, “Müasir bədii nəsrin dilinin öyrənilməsi Rusiya gerçəkliyi ilə ünsiyyət vasitəsi kimi”, “Rus dili və ədəbiyyatının tədrisi metodikasının müasir təmayülləri” mövzularında mühazirələr dinlənilib. Mühazirələr maraqla qarşılanıb. Qeyd edək ki, seminar çərçivəsində təşkil olunan dəyirmi masada “XXI əsrdə rus dilinin tədrisi: ənənələr və yeniliklər” mövzusunda metodik seminar keçirilib, həmçinin “Rus dili təliminin aktual metodikası” mövzusunda məruzə dinlənilib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info