BANM Yunanıstan universiteti ilə əməkdaşlığı genişləndirir
Tarix: 19.09.2017 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Yunanıstanın Pirey Tətbiqi Elmlər
Universitetinin (PUAS) mühəndislik fakültəsinin professoru Panayotis Yannakopolus və həmin fakültənin dosenti, “Erasmus +” proqramının əlaqələndiricisi Konstantinos-Stefanos Nikas ilə görüş keçirilib.
BANM-dən bildiriblər ki, Bakıya səfər PUAS ilə “Erasmus +” proqramı üzrə yaradılmış əməkdaşlıq çərçivəsində reallaşdırılıb.
Görüşdə BANM-in rektoru Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışıb, bu kimi tərəfdaşlığın hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa töhfə verdiyini vurğulayıb.
Yunanıstanlı qonaqlar PUAS-da bir sıra mühəndislik proqramlarının tədris edildiyini və BANM ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Yunanıstanlı qonaqlar səfər çərçivəsində birgə əməkdaşlığın gələcək inkişaf istiqamətləri, tələbə-müəllim mübadiləsi ilə bağlı məsələləri müzakirə edib, tədris və elmi materialların mübadiləsi, magistratura səviyyəsində təhsil istiqamətində birgə tədbirlərin həyata keçirilməsi üçün danışıqlar aparıblar. Onlar, həmçinin BANM-in yeni kampusu və Bakının tarixi abidələri ilə tanış olacaqlar.
Ötən ilin yaz semestri ərzində “Erasmus +” proqramı çərçivəsində BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə beşinci kurs tələbələri Rəhim Rəhimli və Məmməd Cəbrayılov PUAS-da təhsil alıblar. Cari ilin payız semestrində isə BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə dördüncü kurs tələbəsi Rəmziyyə Qarazadə təhsilini PUAS-da davam etdirəcək.
Xatırladaq ki, “Erasmus +” proqramı Avropa İttifaqının bir sıra istiqamətlərlə yanaşı, ali təhsil istiqamətini də nəzərdə tutan genişmiqyaslı proqramdır. Proqram çərçivəsində 2016-cı ildə BANM ilə PUAS arasında mübadilələri nəzərdə tutan əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info