Ermənilərin hədələdiyi tarixçi Rusiya Baş Prokurorluğuna müraciət edib
Tarix: 19.09.2017 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran Oleq Kuznetsov Baş Prokurorluğa müraciət edərək ermənilər tərəfindən ölümlə hədələndiyini bildirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, O. Kuznetsov müraciətində Ermənistan mətbuatında müxtəlif təxəllüslər altında gizlənən müəlliflərin məqalələrində ona qarşı sui-qəsd çağırışları edildiyini deyib. Tarixçi alim həyatına və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasını və Rusiya Federasiyası ərazisində “http://voskanapat.info” və “http://www.yerkramas.org” saytlarının ekstremist fəaliyyətinin qadağan olunmasını istəyib.

Oleq Kuznetsov APA-nın Moskva müxbirinə açıqlamasında Ermənistan mətbuatında onun ünvanına olan hədələri Bakıda UNESCO və İSESCO-nun himayəsi altında keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı zamanı öyrəndiyini söyləyib: “O zaman mən bu məqalələri axmaq bir təxribat kimi qəbul etdim və buna fikir verməyin lazımsız olduğunu düşündüm. Lakin səhv etdim. Gərək, onlara sərt cavab verərdim. Erməni lobbistləri nəcibliyimi zəiflik kimi qəbul etdilər və bundan sonra növbəti dəfə məni "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" monoqrafiyama görə məsuliyyətə cəlb etmək qərarına gəldilər. Onların fikrincə, bu monoqrafiya nəinki Rusiya ərazisində insanları milli zəmində nifrətə təhrik edir, hətta beynəlxalq erməni biznesinin reputasiyasına böyük zərbə vurur. Mənim bu monoqrafiyam Avropada ingilis dilində yüz min tirajla çap olunub və bu, dünyadakı bütün erməni diasporunu vəlvələyə salıb. Onlar indi mənə qarşı cavab tədbirləri görməyə başlayıblar. Mənə fiziki güc tətbiq olunması ilə bağlı çağırışlar xəbərdarlıq idi. İndi isə daha aktiv fəaliyyətə keçiblər”.

O. Kuznetsov Rusiya Baş Prokurorluğuna müraciətin effekti olub-olmayacağı barədə sualı belə cavablandırıb: “Qoy, mənim Rusiya haqqında fikirlərim kimin üçünsə gülməli və ya sadəlövh səslənsin, lakin bu gün Rusiya effektiv hüquq-mühafizə orqanlarına sahib olan güclü və demokratik dövlətdir. Xaricdən onun vətəndaşına qarşı fiziki güc tətbiq edilməsi ilə bağlı çağırışlar olduğu zaman bu, Rusiya hakimiyyətini narahat etməyə bilməz. Söhbət “Panduxt” təxəllüsü altında gizlənən Qrabt Melik-Şahnazaryanın müəllifi olduğu məqalələrdən gedir. Bu məqalələrdə təkcə Oleq Kuznetsovun deyil, onlarla Rusiya vətəndaşının hüquqları və qanuni maraqları pozulur. Heç bir hakimiyyət özünə qarşı açıq hörmətsizliyi sevmir. Bundan başqa, unutmayaq ki, gələn il Rusiyada prezident seçkiləri ilidir. Seçkilər ərəfəsində Rusiya xüsusi xidmət və hüquq-mühafizə orqanlarının ölkədə erməni ekstremizminin qarşısını ala bilməməsi və ya almaq istəməməsi ilə bağlı söz-söhbətlər olacaq və bu da seçki kampaniyası zamanı heç kəsə lazım olmayan müxtəlif siyasi spekulyasiyalara yol açacaq. Ona görə də əminəm ki, mənim müraciətimə hərtərəfli baxılacaq və bunun əsasında ən sərt cavab qəbul olunacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info