Səttar Mehbalıyev: “Azərbaycan dəniz nəqliyyatının inkişafına xüsusi önəm verir”
Tarix: 19.09.2017 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 2000-ci il oktyabrın 17-dən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür və bu beynəlxalq təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. AHİK-in nümayəndəsi bu mötəbər beynəlxalq həmkarlar ittifaqı təşkilatının icraiyyə komitəsində təmsil olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 19-da Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.
Rəhbərlik etdiyi qurumla bağlı məlumat verən S.Mehbalıyev bildirib ki, təqribən 1 milyon 500.000 nəfəri özündə birləşdirən Azərbaycan Həmkarlar İttifaqları ölkənin qanunverici orqanlarının işində, işçilərin hüquqlarının müdafiəsində və əmək qanunvericiliyinin qəbul olunmasında fəal iştirak edir.
Onun sözlərinə görə, Azərbaycanda maaşların sistemli şəkildə artması və həmkarların üzvlərindən üzvlük haqlarının vaxtında yığılması nəticəsində bir çox sahə həmkarlar ittifaqının iqtisadi durumu xeyli yaxşılaşdırılıb.
Bu amil həm də həmkarlar ittifaqlarında təşkilati işlərin səviyyəsinin yüksəldilməsinə imkan verib. Belə ki, son illər Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı, Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı və Dəmir Yolları İşçiləri Müstəqil Həmkarlar İttifaqı öz əməkdaşları üçün respublikanın ən yaxşı kurortlarında istirahət və müalicə zonaları yaradıblar. Təkcə cari ilin yay aylarında burada 7000 həmkarlar üzvü və onların ailə üzvləri istirahət ediblər.
Nəzərə çatdırılıb ki, Azərbaycan dövləti dəniz nəqliyyatının inkişafına xüsusi önəm verir. Prezident İlham Əliyevin 2016-2020-ci illəri əhatə edən Sərəncamına əsasən, Dövlət Xəzər Dəniz Gəmiçiliyində nəqliyyat və neft sənayesi sahəsində yenilənmə tədbirlərinin həyata keçirilməsi, gəmi təmiri zavodlarının modernləşdirilməsi və digər mühüm istiqamətlərin inkişafı nəzərdə tutulur.
Bu baxımdan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sahə həmkarlar ittifaqlarının qarşısında ciddi vəzifələr durur.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının sədri Qeorqi Stolyarenko qeyd edib ki, ilk dəfə Kiyev şəhərində təsis olunan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının bu il 25 yaşı tamam olur. Onun təsisçiləri arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da olub. “O zaman sayımız 1600 nəfər idi. Hazırda gənclərimizin hesabına konfederasiyanın sıraları genişlənməkdədir”.
G.Stolyarenko sentyabrın 20-də Bakıda keçiriləcək Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (DNİMHİRK) VI Qurultayının işinə uğurlar diləyib.
Sonda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının sədri Qeorqi Stolyarenko Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin bir sıra işçilərini hədiyyə və tərifnamə ilə təltif edib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info