“Manatın məzənnəsi üçün hər hansı risklər görmürük”
Tarix: 19.09.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


“Maliyyə Sabitliyi Şurası tərəfindən verilmiş qərarlar, formalaşmış makroiqtisadi çərçivəyə əsasən deyə bilərik ki, biz manatın gələcək məzənnəsi üçün hər hansı risklər görmürük”. Bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Manatın məzənnəsinin üzən məzənnə rejimində formalaşdığını xatırladan E.Rüstəmov bildirib ki, tədiyyə balansı müsbət olanda manatın möhkəmlənməsi müşahidə edilir: “Manatın məzənnəsini bazar həll edir. Sadəcə olaraq hökumət, Mərkəzi Bank düşünməlidir ki, bütövlükdə manatın möhkəmlənməsi nə dərəcədə ölkədə həyata keçirilən iqtisadi strategiyaya uyğundur, xüsusi ilə də ixracın şaxələnməsi, ixracın dəstəklənməsi nə dərəcədə doğrudur. Hələlik biz əsaslı qorxu görmürük”. Elman Rüstəmov deyib ki, inflyasiyanın səviyyəsi ilə bağlı proqnoz vermək çətindir: “Mənim fikrimcə, mövsümi amillərdən yəni, yay fəsli ilə əlaqədar ərzaq məhsullarında ucuzlaşmadan sonra qarşıdakı aylarda inflyasiya "sıçrayışı" olmayacaq". Onun sözlərinə görə, hökumət ilin sonuna inflyasiyanın sürətlənməsini gözləmir: "Bilirsiniz ki, istehlak səbətində ərzağın payı əhəmiyyətlidir. Hər hansı fundamental amil, xarici amildən, yəni inflyasiya ixracından başqa inflyasiyanın sürətlənməsinə səbəb olan daxili amil görmürük".




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır
21.07.2019
Milli mətbuat Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, düşmənə qarşı informasiya müharibəsində mühüm rol oynayır
20.07.2019
“Paşinyan hakimiyyətinin zəiflədilməsi prosesinin sürətlənməsi ehtimalı qaçınılmazdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info