Masallılıda çayçılığın əvvəlki şöhrəti bərpa olunacaq
Tarix: 19.09.2017 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Kolatan kəndində torpaq payçıları birləşərək yeni çay plantasiyaları salacaq
“Prezidentin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində mütəxəssis kimi mən də iştirak edirdim. Sevinirəm ki, Azərbaycanın tərəqqisi üçün daim çalışan dövlətimizin başçısı hər bir bölgənin inkişafının da qayğısına qalır”. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Masallı rayonunun Kolatan kəndindəki çayçılıq-tinglik təsərrüfatının rəhbəri Mübariz Abuşov bildirib. Respublika müşavirəsindən sonra, sentyabrın 12-də Azərbaycan Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın bu qayğının bariz nümunəsi olduğunu vurğulayan M.Abışov bu sənədin kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafının təmin edilməsində və bu sahədə çalışan insanların sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Çayın iqtisadi cəhətdən səmərəli olduğunu qeyd edən M.Abuşov deyib: “Çay bitkisinin əkildiyi sahədən 70-80 il keyfiyyətli məhsul əldə etmək olur. Bu, onun digər çoxillik bitkilərdən iqtisadi cəhətdən rentabelli olmasına əsas verir. Heç bir çoxillik bitki çay kimi mövsüm ərzində 3-4 dəfə məhsul vermir. Son dövrlərdə dövlət tərəfindən kənd təsərrüfatına diqqətin artırılması, iqtisadi zonalar üzrə ənənəvi əkinçiliyə üstünlük verilməsi məni də ruhlandırıb, çoxdan arzuladığım doğma çayçılığın yenidən bərpa olunması məqsədilə tingçilik təsərrüfatı yaratmağa başladım. Ötən il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsərrüfatımıza çay tingçiliyi ilə məşğul olmaqdan ötrü şəhadətnamə verildi. Ailəmizin mülkiyyətində olan 1,2 hektar əkin sahəsinin 0,30 hektarını çay tinglərinin əkininə ayırdıq. Vəsaitimiz hesabına çay toxumu alıb, tinglər yetişdirdik. Onun satışını qonşu Lənkəran rayonunda həyata keçirdik.” Bu il tinglik təsərrüfatında 0,25 hektar sahədə çay toxumu əkildiyini, bu tinglərdən 1 hektar sahədə yeni çay plantasiyasının salınmasının planlaşdırıldığını, bunun üçün 15-20 min manat vəsait tələb olunduğunu qeyd edən fermer, dövlət tərəfindən güzəştli şərtlərlə lazımı vəsaitin verilməsi Kolatan kəndində torpaq payçılarının birləşərək yeni çay plantasiyalarının salınmasına səbəb olacağını bildirib. Kolatan kəndində 100 hektar çay plantasiyasının salınmasının mümkün olduğunu, bunun üçün su bəndlərinin bərpa edilməsinin, subartezian quyuların qazılmasının, zəncirli şum traktorların alınmasının vacibliyini vurğulayan M.Abışov Masallıda çayçılığın əvvəlki şöhrətinin bərpa olunacağına əminliyini ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info