Rusiya Xəzər Dəniz Flotiliyasının hərbi gəmiləri Bakıya gəlib
Tarix: 19.09.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər Dəniz Flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi sentyabrın 19-da Bakıya dostluq səfərinə gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gəmilərin şəxsi heyəti əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil və gül dəstələri qoyublar. Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə görüşəcək və Azərbaycan Ali Hərbi Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar. Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Səfər sentyabrın 22-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Zelenski dönəmində Ukrayna: NATO üzvlüyü ilə bağlı referendum keçiriləcək
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info