Vaşinqtonda Gül bayramı
Tarix: 07.05.2013 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Amerika Alyansının (AAA) təşkilatçılığı ilə Vaşinqtonda Gül bayramı qeyd olunub.
Alyansdan verilən məlumata görə, “National Mall” parkında dövlət rəsmilərinin, məktəblilərin, şəhər sakinləri və qonaqların iştirakı ilə keçirilmiş Gül bayramı “SilkRoad” rəqs qrupunun çıxışı ilə başlayıb.
AAA-nın fəxri prezidenti, konqresmen Den Börton qonaqları salamlayaraq Gül bayramının tarixindən danışıb. Konqresmen vurğulayıb ki, mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev anadan olub. Ulu öndər nəinki Azərbaycanın, ümumilikdə dünyanın siyasi tarixində silinməz izlər qoyub. Xoşbəxtlikdən onun müdrik siyasi xəttini övladı, Azərbaycan Prezidenti İlham Əliyev davam etdirir.
“Bu, amerikalılara Azərbaycanı yaxından tanımaq üçün gözəl imkanlar yaradır. Amerikalılar bunun vasitəsilə Azərbaycanın mədəniyyəti, bayramları ilə tanış olurlar. AAA-nın təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə keçirilən bu tədbir vasitəsilə amerikalılar da 10 may-Gül bayramını böyük sevinclə qeyd ediblər”-deyə ABŞ-da Gül bayramının keçirilməsinin əhəmiyyətini vurğulayan D.Börton bildirib.
Mərasim iştirakçılarını təbrik edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ulu öndər Heydər Əliyevin Azərbaycanın həyatında oynadığı müstəsna rolundan danışıb. Diplomat vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri olub. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, beynəlxalq əlaqələri, o cümlədən ABŞ ilə güclü dostluq münasibətləri məhz ulu öndərin uzaqgörən siyasətinin bəhrəsidir.
Qeyd edək ki, Vaşinqtonda keçirilmiş Gül bayramına dəvət olunanların böyük əksəriyyəti uşaqlar və məktəblilər olub. Vaşinqtonun beş qabaqcıl məktəbinin şagirdləri Azərbaycan, onun dövlət atributları və Gül bayramı barədə təəssüratlarını özünəməxsus şəkildə ifadə ediblər. Mərasimin keçirildiyi məkan başdan-başa onların əl işləri ilə bəzədilib. Əsərlər tədbir davam edərkən də yaradılıb. Gələn qonaqların diqqətini ən çox cəlb edən isə iki böyük rəsm əsəri olub. Dörd saat ərzində dayanmadan qrafiti üsulu işləyən iki gənc rəssam ulu öndər Heydər Əliyevin portretlərini çəkiblər.
Tədbir boyunca səslənən Azərbaycan musiqisi isə sanki hər kəsi Odlar yurduna aparıb. Amerikalılardan ibarət “SilkRoad” rəqs qrupunun təqdim etdiyi Azərbaycan rəqsləri də böyük rəğbətlə qarşılanıb. Okeanın o tayında Gül bayramının yaratdığı əhvali-ruhiyyə hər bir amerikalının ürəyində silinməz buraxıb.

Günay




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Liviya sahillərində 278 qaçqın tutuldu
18.08.2019
Türkiyədə PKK terrorçularına qarşı əməliyyat: 10 nəfər saxlanılıb
18.08.2019
Yunanıstanda yenə bir neçə türk məktəbi bağlandı
18.08.2019
15 min ev bir gündə yandı
18.08.2019
Kabildə toy mərasimində partlayış

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info