Moldovada yeni siyasi konflikt: naziri kim təyin etməlidir?
Tarix: 19.09.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Dodon: “Mənim təsdiqim olmadan müdafiə naziri postuna təyinat qanunsuzdur. Heç bir halda səriştəsiz və siyasiləşmiş şəxsi ordunun rəhbəri təyin edə bilməz”

“Əgər, Konstitusiya Məhkəməsinin indiki heyəti hoqqabazlıq edib prezidenti nazir təyinatı prosesindən uzaqlaşdıraraq hökumətin xeyrinə qərar çıxararsa, deməli özünü birdəfəlik etibardan salmış olacaq və buna görə məsuliyyət daşıyacaq”

Moldovada siyasi vəziyyət gərginləşməkdə davam edir. İndi də prezident Dodonla hökuməti konflikt vəziyyətinə gətirən məsələ müdafiə naziri postuna təyinatdır. Əvvəlcə onu qeyd edək ki, dövlət başçısı Dodon ötən ilin sonunda müdafiə naziri Anatoli Şalarunun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Həmin vaxtdan nazir postu boşdur və nazirin səlahiyyətlərini Georgi Qalbura icra edir. Ötən həftə Demokratlar Partiyasının rəhbəri Vladimir Plaxotnyuk bəyan edib ki, hökumət Xalq-Avropa partiyasının sədr müavini Yevgeni Sutrzanın namizədliyini irəli sürüb. Amma dövlət başçısı Dodon dərhal bəyan edib ki, bununla razı deyil və nazir kimi Viktor Qayçuku görmək istəyir. Amma baş nazir bu namizədlə razı olmayıb. Hökumət nazir postuna namizədini iki dəfə dövlət başçısının təsdiqinə göndərsə də rədd cavabı alıb. İndi bu məsələ Konstitusiya Məhkəməsində həll olunmalıdır. Məsələ ondadır ki, dünən Moldova hökumətinin təcili iclası keçirilib. Həmin iclasda bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət olunması ilə bağlı qərar qəbul olunub. Həmin qərarda qeyd edilir ki, hökumətin təqdim etdiyi namizədin dövlət başçısı tərəfindən dəfələrlə rədd edilməsi halında Nazirlər Kabineti və parlament nə etməlidir. Konstitusiya Məhkəməsinin qərarı Moldovada yeni siyasi böhranın yaranmasına, toqquşmalara səbəb ola bilər. Çünki Konstitusiya Məhkəməsi Qərbyönümlü hökumət və parlamentin tərəfindədir və Rusiyayönümlü siyasət həyata keçirən dövlət başçısı Dodonu qeyri-rəsmi də olsa dəstəkləmir. Bunu təsdiqləyən sadə fakt. Bu ilin əvvəlində Konstitusiya Məhkəməsinin başçısı Aleksandr Tenase bildirmişdi ki, Moldova parlament respublikasıdır və prezidentin səlahiyyətləri konstitusiyada açıq şəkildə yazılıb: “Ona görə də prezident hökumətin fəaliyyəti üçün heç bir məsuliyyət daşımır və onun Nazirlər Kabinetinin konfiqurasiyasındakı rolu məhduddur”. Onun sözlərinə görə prezident bir dəfə hökumətin nazir postuna təyinatını rədd edə bilər. Amma növbəti dəfə dövlət başçısı hökumətin təqdim etdiyi eyni namizədi və ya digər namizədi təsdiqləməlidir. İqor Dodon açıq şəkildə bəyan edib ki, Sutrzanın namizədliyini təsdiq etməyəcək: “Mənim təsdiqim olmadan müdafiə naziri postuna təyinat qanunsuzdur”. Dodon sosial şəbəkələrdən birində yazıb ki, təqdim edilən namizədi heç bir halda təsdiqləməyəcəyi ilə bağlı rəsmi məktubu artıq Nazirlər Kabinetinə göndərib. Moldova dövlət başçısı hesab edir ki, hökumət Konstitusiya Məhkəməsindən siyasi oyunları üçün istifadə etməyə çalışır: “Əgər, Konstitusiya Məhkəməsinin indiki heyəti hoqqabazlıq edib prezidenti nazir təyinatı prosesindən uzaqlaşdıraraq hökumətin xeyrinə qərar çıxararsa, deməli özünü birdəfəlik etibardan salmış olacaq və buna görə məsuliyyət daşıyacaq”. Dodon bildirib ki, heç bir halda səriştəsiz və siyasiləşmiş şəxsi ordunun rəhbəri təyin edə bilməz: “Buna istənilən cəhd qanunsuzluq olacaq. Qanunsuz təyin olunmuş şəxs legitim ola bilməz və prezident, ordu və vətəndaşlar tərəfindən qəbul olunmayacaq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Ermənistan ordusunda daha bir rüsvayçı fakt: məzuniyyətdə olan əsgər hərbi hissəyə dönməkdən imtina edib
23.07.2019
Akar Cefri ilə görüşüb: Türkiyə ABŞ-la birlikdə “təhlükəsiz bölgə” yaradılmasında israr edir
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10837

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info