Sarkisyanın əhalini artırmaq vədinə ermənilər özləri də inanmırlar
Tarix: 19.09.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Təbii ki, söz azadlığının olmadığı, insan hüquqlarına hörmət edilmədiyi, dürüst biznes qurmağın mümkün olmadığı bir ölkədə hətta ən vətənpərvər erməni belə, yaşamaq istəməz.
Prezident Serj Sərkisyanın VI Ermənistan –Diaspor forumunda əsas məsələ kimi, 2040-cı ilə qədər ölkə əhalisinin sayının ən azı 4 milyona çatdırılması ilə bağlı fikirləri böyük rezonansa səbəb olub. Maraqlıdır ki, erməni prezident bu məqsədə çatmağın o qədər çətin olmadığnı da bəyan edir. Bunun üçün Sərkisyan ölkədə doğum nisbətini artırmaq, insanların ömrünü uzatmaq və demoqrafik görünüşü yaxşılaşdırmağı əsas kimi göstərir. Daha maraqlısı isə, Sərkisyanın «bu məqsədə nail olmaq üçün artıq bu istiqamətlərdə irəliləyirik» deməsidir. Belə görünür ki, erməni prezidenti utopiyadan başqa şey kimi dəyərləndirilməyən repatriasiyaya ümidlər edir. O, diaspordan olan sahibkarlar, ölkədən getmiş gənc mütəxəssislərin geri qaytarılması hesabına ölkə əhalisinin artırılmasına nail olacağını düşünür. Qeyd edilməlidir ki, Sərkisyanın səsləndirdiyi bu fikirlər ölkə əhalisi üçün də, elə bir yenilik deyil. “Armenianreport” istehza ilə yazır ki, ölkə əhalisinin 2040-cı ilə qədər 4 milyona qədər artırılacağını Sərkisyan bu ilin may ayında da səsləndirmişdi. Lakin Ermənistanda demoqrafik vəziyyət barədə beynəlxalq təşkilatların proqnozları son dərəcə xəyal qırıqlığı yaradır.
Bu baxımdan, 2015-ci ilin iyulunda BMT-nin bütün dünya ölkələri üçün demoqrafik proqnozlarını nümunə göstərmək olar. Sənədə görə, Ermənistanın əhalisi 2015-ci ildə 3 milyon 18 min nəfərdən 2030-cu ildə 2 milyon 993 minə, 2050-ci ildə 2 milyon 729 minə qədər azalacaq. 2100-cü ilə qədər Ermənistan əhalisinin 1 milyon 793 min nəfərə enəcəyi bildirilir.
Cinayət-oligarxik üsul-idarənin hökm sürdüyü Ermənistanda demoqrafik vəziyyətin düzəldilməsinə ümid etmək çox gülünc görünür. Bu gün Ermənistanda əhalinin azalmasına başlıca səbəb ölkədəki işsizlik, korrupsiya və gələcəyə olan inamsızlıqdır. Gənclər özlərinin gələcəklərini Ermənistanda görmürlər və bu səbəbdən də ölkəni tərk etməyə çalışırlar. Hətta ölkənin ali məktəbləri qırmızı diplomla bitirənlər belə, Ermənistanda iş tapa bilməyəcəklərinə əmindirlər. Bütün bunları görən ölkə gəncləri əllərinə düşən kiçik bir fürsətdən yararlanaraq ölkədən qaçmağa çalışırlar. Məgər, Sərkisyan Rusiyadakı tikintilərdə fəhləlik edən ali təhsilli erməni gənclər barədə məlumatlı deyilmi? Ermənistandakı həyatın boşluğunu görən erməni gəncləri bu gün ailə qurmağa da o qədər cəhd etmirlər. Ona görə də bu gün ölkədə doğuş səviyyəsi başqa ölkələrlə müqayisədə çox aşağıdır.
Erməni liderinin xaricidə yaşayan erməni iş adamlarından nəsə gözləməsi daha da absurddur . Dəyərli oxuculur bir müddət bundan əvvəl Ermənistanda iş qurmağa çalışan iş adamı Valeri- Aşhan Qorsunyanın sonrakı yaşantıları barədə məlumatlıdırlar. Ermənistana sərmayə yatırmağa gələn erməni xanım məhz elə «əcdadlarının vətənində» aldadıldı, işdən və puldan məhrum oldu. Bu günlərdə Ermənistanla bağlı açıqlama verən Valeri- Aşhan Qorsunyan «Mən bu ölkədə yaxşılığa doğru heç bir dəyişiklik görmürəm»-deyib. «Nə qədər ki, bu ölkədə ədalət yoxdur, heç kəs bu ölkəyə sərmayə qoymayacaq. Ermənistanın bütün iqtisadi sistemi investisiyalar üçün yararsızdır». Bu fikirləri də Ermənistanda aldadılan iş adamı Valeri- Aşhan Qorsunyan bildirib. Ermənistanda iş quran bütün iş adamları aylıq qazanclarını hakimiyyətlə yarı bölməlidirlər. Əks təqdirdə, bütün biznesini itirmiş olacaqsan.
Başaq bir nüans: Sərkisyan unudur ki, o, artıq xarici diaspor qarşısında da etibarını çoxdan itirib. Maraqlıdır, bütün bunlara rəğmən, erməni prezident səsləndirdiyi utopik bir şüara özü inanırmı?
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info