Yaponiya “Patriot” komplekslərini Hokkaydo adasında yerləşdirir
Tarix: 19.09.2017 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Yaponiya Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən artan raket təhlükəsindən qorunmaq üçün “Patriot” PAC3 komplekslərini Hokkaydo adasında yerləşdirir. Bu barədə məlumat verən müdafiə naziri İtsunori Onodera həmin komplekslərin Oşima yarımadasında yerləşdirildiyini bildirib. KXDR-in bu yaxınlarda keçirdiyi sınaq zamanı ballistik raket Hokkaydo adası üzərindən uçaraq Sakit okeana düşüb. Raket sınağı ilə bağlı KXDR tərəfindən heç bir xəbərdarlıq edilməyib. İ.Onodera deyib: “Getdikcə gərginləşən mövcud vəziyyətdə Müdafiə Nazirliyi yüksək hazırlıq tədbirləri görür və bunlardan biri də əvvəlcədən nəzərdə tutulmayan vəziyyətə hazır olmaqdır. Həmin məqsədlə bu gün Oşima yarımadasındakı quru qoşunlarının Hakodate hərbi bazasına PAC3 batareyaları göndərilib”. Nazirin çıxışının stenoqramı Yaponiya Müdafiə Nazirliyinin veb-saytında yerləşdirilib. Onodera vurğulayıb ki, Müdafiə Nazirliyi istənilən vəziyyətdə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün gücünü sərf edəcək.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15.01.2019
Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info