Myanma lideri, nəhayət, müsəlmanlarının qırılması barədə danışıb
Tarix: 20.09.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Myanmanın dövlət müşaviri və faktiki hökumət başçısı Aunq San Su Çji Rakhayn ştatında azlıq təşkil edən Rohinca müsəlmanlarına qarşı zorakılığı ilk dəfə açıq şəkildə pisləyib. Nobel mükafatı laureatı Aunq San Su Çji bu gün televiziya ilə xalqa müraciət edib. O bildirib ki, kimin tərəfindən törədilməsindən asılı olmayaraq insan haqlarının hər hansı şəkildə pozulması qəbuledilməzdir. Myanmanın dövlət müşaviri insan haqlarını pozanların dini, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq onlara qarşı tədbirlər görüləcəyini vəd edib. “Biz hamımız sülh istəyirik, heç kəs müharibə istəmir”, - deyən Aunq San Su Çji daha sonra əlavə edib ki, Rakhaynda münaqişədən zərər çəkmiş bütün insanların halına acıyır. Myanmanın dövlət müşaviri bu regionda baş verən hadisələrlə şəxsən tanış olacağını və xarici müşahidəçilərin ölkəyə gəlməsinə icazə veriləcəyini vəd edib. O, hərbçilərin hərəkətlərinin təfərrüatını açıqlamayıb. Aunq San Su Çji son həftələr ərazində Rakhaynda törədilən zorakılıqlardan xilas olmaq üçün kütləvi şəkildə Banqladeşə qaçan Rohinca müsəlmanlarının statusunu istənilən anda öyrənməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Myanma hökuməti qaçqınların geri qayıtmasına kömək etməyə hazırdır. Bununla belə, dövlət müşaviri qaçqınların qaytarılmasına zəmanət verilməsi barədə heç nə deməyib. Myanmada baş verən hadisələrə görə ölkə hökuməti beynəlxalq miqyasda kəskin tənqid olunur. Aunq San Su Çjini fəaliyyətsizlikdə təqsirləndirirlər. Bu səbəbdən o, BMT-nin Nyu-Yorkda keçiriləcək Baş Məclisində iştirakdan imtina edib. Həmin sessiyada müzakirə ediləcək mühüm mövzulardan biri Myanma hadisələri olacaq. Myanmanın müsəlman azlığının nümayəndələri və hüquq müdafiəçiləri bu ölkənin hökumətini etnik təmizləmələr aparmaqda və müsəlmanları oradan qovmağa cəhd göstərməkdə ittiham edirlər. Myanmada bir milyondan çox Rohinca müsəlmanı yaşayır. Əhalinin əksəriyyəti buddistlər olan bu ölkədə Rohinca müsəlmanları onilliklər boyu ayrı-seçkiliyə məruz qalır. Bu müsəlmanların çoxunun pasportu yoxdur və onlar Myanma vətəndaşı hesab edilmir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info