Qlobal kənd təsərrüfatı və ərzaq sənayesi 8 trilyon dollardır
Tarix: 20.09.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı xarici siyasət vasitəsinə çevrilib: ölkələr artıq kənd təsərrüfatı və ərzaq məhsullarından bir-birinə qarşı embarqo kimi istifadə edirlər

Bu gün dünyada kənd təsərrüfatı və ərzaq sahəsində sürətli bir dəyişiklik yaşanır. Yaxın müddətdə mövcud dəyişikliklərin olacağı gözlənilir və bu prosesdə tendensiyalar yenidən formalaşdırılır. “Harvey” və “İrma” qasırğası göstərdi ki, iqlimlə zarafat etmək olmaz. İqlimə paralel olaraq, kənd təsərrüfatı məhsullarının istehsalı da dəyişir. FAO, kənd təsərrüfatı məhsullarının istehsalının davamlı olmasını və ərzaq təhlükəsizliyini təmin etmək üçün "ailə təsərrüfatı" nın vacibliyini və zəruriliyini qeyd etsə də, tendensiyalar təəssüf ki, əks istiqamətdə dəyişir. Mütəxəssislərin fikrincə, kiçik istehsalçıların “oyundankənar vəziyyətdə” qalmasına baxmayaraq, orta və böyük şirkətlər kənd təsərrüfatı istehsalının yeni iştirakçıları sırasına daxil olurlar. Dəyişiklik bununla da məhdudlaşmır. Artıq tarladan süfrəyə qədər istehsal zəncirinin hər mərhələsində sıx əmək tələb olunan işlərdə texnologiyanın inkişafı nəticəsində robotlar daha çox rol oynamağa başlayır. Proqnozlara görə dünya əhalisinin sayı 2050-ci ilə qədər 9 milyarda çatacaq. Kənd təsərrüfatı istehsalında yeni yanaşmalara paralel olaraq, istehlakçı seçimləri də dəyişir.
İnkişaf etmiş ölkələrdə istehlakçılar daha az hazır məhsullara meyl edirlər, inkişaf etməkdə olan ölkələrdə isə satınalma gücünün artması ilə yanaşı, heyvan mənşəli protein tərkibli məhsullara tələb artır. İstehlak artımına baxmayaraq, mənbələr sonsuz deyil. Dünya, xüsusilə torpaq və su daxil olmaqla məhdud təbii mənbələrə malikdir. Həmin resurslar üzərində təzyiq gündən-günə artmaqdadır. Burada biotexnologiyanın rolu da artır. Hollandiyadakı bir institutda elm adamları bir inəkdən alınan hüceyrələri laboratoriya mühitində istehsal edərək əzələ liflərinə çevirməyə müvəffəq olublar. Yəni, artıq laboratoriya mühitində “süni ət” istehsal edilir. Bu proses yaxın gələcəkdə ənənəvi bitki və heyvan istehsalı üsullarında öz əksini tapa bilər.
İndiyədək kənd təsərrüfatı və ərzaq iki fərqli sektor olaraq qəbul edilsə də, hazırda onlar bir-birilə inteqrasiya olmuş vəziyyətdədir. Hətta turizm, səhiyyə, texnologiya, logistika, enerji və toxuculuq sektorlarını da bir zəncir halına gətirən inteqrasiyaya əlavə etmək olar. Bir sektorda baş verən dəyişiklik və inkişaf birbaşa və ya dolayı yolla digər tərəfə də təsir göstərir. Buna görə də kənd təsərrüfatı və ərzaq sektorunda əsas aktorlar artıq fermerlərlə məhdudlaşmır.
Burada dövlətlərin tənzimləyici missiyası, özəl sektorun sahibkarlıq və investor, universitetlərin Ar-Ge və innovasiyaya yönəldilmiş arzusu və qeyri-hökumət təşkilatlarının nəzarəti ümumi şəkildə özünü göstərir.
Qlobal miqyasda kənd təsərrüfatı və ərzaq sənayesi təxminən 8 trilyon dollar həcmindədir. Sektorun qlobal məşğulluqda birbaşa və dolayı yolla payı təxminən 40 faiz olduğu təxmin edilir. İstehsal, anbarlarda saxlama, logistika, marketinq, satış və yayım zəncirinin bütün halqalarında dəyişiklik və məhdudiyyətlər mövcuddur. Bu məsələlərə yalnız iqtisadi ölçüdə yanaşmaq yanlışdır. Yaxın gələcəkdə bu dəyişikliyin sosioloji, ekoloji və siyasi təsirləri daha çox hiss olunacaq.
Kənd təsərrüfatı artıq xarici siyasət vasitəsi kimi dövlətlərarası münasibətlərdə daha tez-tez istifadə olunmağa başlanıb. Geosiyasi risklərin artması zamanı ölkələr bir-birinə embarqolarında kənd təsərrüfatı və ərzaq məhsullarından təsir vasitəsi kimi istifadə edirlər. Beləliklə, bu gün maliyyə, istehsal planlaması, məhsuldarlıq, keyfiyyət, tələb-təklif balansı, marketinq və qiymət sabitliyi kimi problemlər hələ də var.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info