Qəbələdə beynəlxalq tədbir keçirilib
Tarix: 20.09.2017 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Aydın Əliyev: “Bu il Azərbaycanda narkotik vasitələrin qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə keçirilməsinə qarşı bir sıra uğurlu əməliyyat həyata keçirilib”

Anatoliy Serışev: “Bu iclas MDB ölkələrinin gömrük orqanlarının fəaliyyətinin gələcək perspektivləri üçün böyük əhəmiyyətə malikdir”

Sentyabrın 20-də Qəbələ şəhərində MDB-yə üzv dövlətlərin Gömrük Xidməti orqanlarının rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri başçıları Komitəsinin 16-cı iclası olub.
Tədbirdə MDB-yə üzv dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin nümayəndələri iştirak ediblər.

İclas iştirakçıları əvvəlcə Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev və Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri Anatoliy Serışev iştirak edib.

A. Əliyev çıxışına Heydər Əliyevin “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” kəlamı ilə başlayaraq bildirib ki, 1997-ci ildə gömrük xidmətinin 5 illik yubiley mərasimində iştirak edən ulu öndər proqram xarakterli çıxışında gömrük xidmətinin əsas vəzifələrindən birinin də qaçaqmalçılıq hallarına qarşı mübarizə olduğunu qeyd edərək bildirib ki, o, Azərbaycan gömrük xidməti qarşısında konkret vəzifələr qoyub. Bildirilib ki, hazırda Azərbaycanın gömrük xidməti Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində təkmil bir qurum kimi öz üzərinə düşən vəzifələrin daha uğurla icrasına çalışır. Komitə sədri gömrük sahəsində beynəlxalq əməkdaşlığın vacib məsələlərdən biri olduğunu qeyd edib.
A. Əliyev bu sahədə önəmli hesab edilən gömrük qaydalarının pozulması və qaçaqmalçılıq sahəsində başqa ölkələrlə möhkəm əlaqələrin qurulmasının əhəmiyyətini də vurğulayıb: “On altı il əvvəl MDB çərçivəsində Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin yaradılıb. Azərbaycanda bu komitənin artıq 3-cü dəfədir ki, iclası keçirilir. Bu ümumilikdə komitənin 16-cı tədbiri hesab olunur. Bu iclasda müzakirə olunan məsələlər bizim üçün çox önəmlidir. Belə ki, biz burada Azərbaycanda və digər ölkələrdə gömrük qaydalarının pozulması və qaçaqmalçılıq sahəsində təcrübəmizlə bağlı məlumat veririk, eyni zamanda burada gələcəkdə MDB çərçivəsində həyata keçiriləcək bir sıra vacib tədbirləri, planlarımızı müzakirə edirik. Bu il Azərbaycanda narkotik vasitələrin qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə keçirilməsinə qarşı bir sıra uğurlu əməliyyat həyata keçirilib. Bu iclasın əhəmiyyətini nəzərə alaraq bir misalı qeyd edim ki, həmin əməliyyat zamanı narkotik vasitələri daşıyan şirkət, onu idarə edən adam və nəqliyyat vasitəsi bağlı cinayət əməli olmuşdu. Belə ki, həmin vaxt sürücü Belarus vətəndaşı, nəqliyyat vasitəsi Rusiyada qeydiyyatda alınmış, daşıyıcı şirkət isə Latviyanı təmsil edirdi. Belə bir cinayət əməllərinin vaxtında aşkar edilməsi üçün beynəlxalq əməkdaşlıq çox önəmlidir. Dünən və bu gün Bakıda, Qəbələdə keçirilən tədbirlərdə Koreya gömrük orqanının qaçaqmalçılıqla mübarizə ofisinin rəhbərinin, eləcə də Latviya və Estoniya nümayəndələrin müşahidəçi şəkilində iştirak etməsi bizim üçün çox vacibdir. Biz burada həmin dövlətlərin nümayəndələri ilə də ikitərəfli məsələləri müzakirə edirik”.
Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri Anatoliy Serışev çıxış edərək bildirib ki, bu iclas MDB ölkələrinin gömrük orqanlarının fəaliyyətinin gələcək perspektivləri üçün böyük əhəmiyyətə malikdir. “Mən fikirləşirəm ki, bu iclas bizim üçün ən yaxşı görüş formatıdır. Mövcud problemlər, onların həlli yolları, qarşıda duran məsələlər bu iclasda müzakirə edilərək öz həllini tapacaq. Burada gömrük sahəsində iqtisadi yönümlü cinayət əməllərinin qarşısının alınması üçün daha vacib formaların həyata keçirilməsi məsələləri müzakirə edilir. Təbii ki, bu iclasın nəticələrinə uyğun olaraq qarşıda müsbət işlər gözləyirik. Ona görə ki, həm də bu yığıncaqda bizim Estoniya və Latviyadan olan həmkarlarımız da iştirak edir”, - deyə A. Serışev qeyd edib.
Daha sonra Dövlət Gömrük Komitəsinin "Gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan Gömrük Xidməti işinin təşkili" mövzusunda təqdimatı keçirilib. İclasda gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə idarələrinin rəislərinin Qərargah rəhbəri vəzifəsinə namizədin təsdiqlənməsi məsələsinə baxılıb, eləcə də MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 15-ci iclasının qərarlarının və 2017-ci il üçün iş planının icrası barədə Katibliyin məlumatı dinlənilib. Bundan başqa, Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2020-ci ilədək fəaliyyət strategiyasının işlənməsi, terrorizm və ekstremizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələsinə Komitənin regional yanaşmasının formalaşdırılması, həmçinin Ümumdünya Gömrük Təşkilatının himayəsi altında Rusiya Federal Gömrük Xidmətinin "Qolkiper" qlobal xüsusi gömrük əməliyyatının keçirilməsi və 2018-ci ildə MDB üzv dövlətlərin gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin qarşılıqlı əlaqələndirilməsinin təşkili məsələləri barədə məlumat verilib.
İclasda Qafqaz istiqamətində "şimal marşrutu" üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, gömrük sahəsində hüquqpozmaların aşkar edilməsi, aradan qaldırılması və istintaqının aktual məsələləri, MDB üzv dövlətlərin gömrük xidmətlərinin hüquq-mühafizə orqanlarının əməkdaşları üçün ixtisasın artırılması tədbirlərinin təşkili üzrə planın icrasının ilkin nəticələri və kinoloji xidmət məsələləri üzrə işçi qrupun fəaliyyəti barədə hesabatlar təqdim edilib.
İclasın sonunda Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2018-ci il üçün iş planının layihəsinin, eləcə də Komitənin gömrük sahəsində iqtisadi cinayətlər və hüquqpozmalara qarşı mübarizə üzrə 2018-2019-cu illər üçün və Ümumdünya Gömrük Təşkilatının hüquq-mühafizə fəaliyyəti ilə bağlı MDB üzv dövlətləri üzrə RILO-Moskva regional əlaqələndirmə qovşağının 2018-ci il üçün iş planlarının qəbul edilməsi barədə məsələlər nəzərdən keçirilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info