Azərbaycanda ilk dəfə Dünya Robot Olimpiadasının seçim yarışı keçiriləcək
Tarix: 20.09.2017 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


“Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və Azərbaycan Robototexnika və Mühəndislik Akademiyası (AREA) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə oktyabrın 7-8-də Bakı Olimpiya İdman Kompleksində ilk dəfə olaraq Dünya Robot Olimpiadası üzrə seçim yarışı keçirəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yarışda 8-19 yaşlı gənclər robot futbolu (hər biri iki robotdan ibarət komandaların yarışı) qaydalarına əsasən mübarizə aparacaqlar. Həmçinin açıq kateqoriya üzrə iştirakçılar müxtəlif mövzulara həsr olunmuş ideyalarını və robotik layihələrini sərgiləyəcəklər. Əsas kateqoriya üzrə iştirakçılar üç yaş qrupu üzrə Dünya Robot Olimpiadasının məsələlərini həll etməyə çalışacaqlar.
Yarışda qalib gələn komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin noyabrın 10-12-də Kosta-Rikada keçiriləcək Dünya Robototexnika Olimpiadasının finalında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.
Yarışda iştirak üçün Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Zərifə Əliyeva adına lisey, Kaspi liseyi, Bakı Modern Məktəbi, İstək liseyi, “Step IT” akademiyası və “ABC College” liseyinin komandaları qeydiyyatdan keçiblər.
Azərbaycan 2016-cı ilin noyabrında Dünya Robot Olimpiadası Assosiasiyasına üzv olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info